“Hamı üçün bərabər imkanlar –Universal Dizayn və infrastrukturun monitorinqi”
Tarix: 07.09.2015 | Saat: 19:30:00 | E-mail | Çapa göndər


Əlil Təşkilatları İttifaqı (ƏTİ) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Hamı üçün bərabər imkanlar - Universal Dizayn Mərkəzinin yaradılması və infrastrukturun monitorinqi” layihəsinin icrasını başa çatdırıb. Layihənin fəaliyyət planına uyğun olaraq yekun tədbiri keçiriləcək: Tədbirdə Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli layihə haqqında məlumat verib. Bildirilib ki, layihənin keçirilməsində məqsəd əlilliyi olan şəxslərinin cəmiyyətdə iştirakının təmin olunması və bərabər imkanların yaradılmasına dəstək olmaqdır. Qeyd olunub ki, bu istiqamətdə qanunvericilik və icra sahəsində fəaliyyətlər aparılmaqdadır. Azərbaycanın BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları” haqqında Konvensiyaya qoşulmasından sonra önəmli addımlar atılmaqdadır. Həmçinin bildirilb ki, “Bina və qurğuların layıhələndirilməsində əlilliyi olan və hərəkət imkanları məhdud şəxslər üçün zəruri olan həyat və fəalıyyət şəraitinin yaradılması Qaydaları” hazırlanaraq müvafiq rəylər alındıqdan sonra Nazirlər Kabinetinə təqdim olunub və baxılmaqdadır. Universal dizaynın tətbiqi bərabər imkanların yaradılmasında növbəti mühüm addım olacaq. Layihə çərçivəsində xüsusi nəşrin elektron və çap varintının hazırlandığı, “Universal Dizayin” əlillik adaptasiya avadanlıqları MMC-nin, və “İctimai Nəzarət” qrupunun yaradılması qeyd olunub.
Daha sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əlilliyi olan şəxslərin hüquqları üzrə müşaviri Müqalib Mahmudov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Cahangir Qocayev çıxış etmiş, müzakirələr olub. Sonda “Universal Dizayn” layihənin nümayişi olub.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Lənkərandakı istirahət məkanları cərimələndi
20.07.2019
“Bu ildən Azərbaycan regionlarında uşaqlar üçün bərpa müəssisələrinin inşasına başlanacaq“
20.07.2019
FHN Şirvandakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb
19.07.2019
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların sayı nəzərəçarpacaq dərəcədə azalıb
19.07.2019
Qubada polislər qanvermə aksiyasında iştirak ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info