Şeyxülislam Allahşükür Paşazadə Qaxda olub
Tarix: 07.09.2015 | Saat: 19:56:00 | E-mail | Çapa göndər


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 6-da Qax rayonunda səfərdə olub.
QMİ-nin Mətbuat Xidmətindən verilən məlumata görə, səfərdə onu QMİ Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev başda olmaqla Şura üzvləri, QMİ sədrinin birinci müavini Müfti Salman Musayev və başqaları müşayiət ediblər.
Şeyxülislam A. Paşazadə və onu müşayiət edən şəxslər Heydər Əliyev Mərkəzində rayon ictimaiyyəti ilə görüş keçiriblər. Tədbirdə iştirak edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev rayonda gedən quruculuq işləri barədə ətraflı məlumat verib.
QMİ sədri Heydər Əliyev Mərkəzində Qax ziyalıları və rayonun ağsaqqalları ilə ünsiyyətdə olub. Görüşdə ölkədə dini-mənəvi dəyərlərin, mədəni irsin qorunması və inkişaf etdirilməsi istiqamətində görülən işlər, maarifləndirmə tədbirləri haqqında ətraflı söhbət açılıb.
Daha sonra QMİ sədri A. Paşazadə Qax rayon Cümə məscidində dindarlarla görüşüb. Burada aparılan təmir-bərpa işləri ilə tanış olan Şeyxülislam məscidin icmasına xeyir-dualarını verib.
Qax rayonunda QMİ sədri A. Paşazadə rayonun xristian dini icmasının üzvləri ilə görüşüb. Qax rayonu Qaxingiloy kəndində Müqəddəs Giorgi kilsəsi ilə tanış olan və bu kənddə yaşayan pravoslav gürcülər, ingiloylarla görüş keçirən Şeyxülislam icmaya maddi yardım göstərib. A. Paşazadə ölkədə dövlətin dini icmalara diqqət və qayğısının, dinlərarası münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib və Qaxda müxtəlif dini icmalar arasında hökm sürən dostluq, qardaşlıq əlaqələrini rəğbətlə vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info