AXCP Suraxanı rayon şöbəsi də Əli Kərimlinin əlindən çıxdı
Tarix: 07.09.2015 | Saat: 20:52:00 | E-mail | Çapa göndər


AXCP Suraxanı rayon şöbəsinin konfransı keçirilib. AXCP EQTK üzvü Cavid Musazadə konfransı açaraq, AXCP-də yaranmış durum, Əli Kərimlinin rəhbərliyi ilə bir qrup avtoritar təfəkkürlü insanın partiyanı uçuruma apardığını bildirib. C.Musayev qeyd edib ki, AXCP Ə.Kərimli kimi insanların inhisarından çıxarılmalıdır. Sonra AXCP EQTK-nin sədri Razi Nurullayev geniş çıxış edərək Ə.Kərimlinin apardığı siyasətin AXCP-nin məhvinə gətirdiyini bildirib. O qeyd edib ki, Ə.Kərimli illərdir apardığı uğursuz siyasətinə görə istefa verməli, sədrlikdən getməlidir.
R.Nurullayevin çıxışından sonra təşkilati məsələyə baxılıb. Vüsal Bayramov AXCP Suraxanı rayon şöbəsinin sədri seçilib.
Rahib Hacıyev Ali Məclisin üzvü, Nurlan Rəsulov, Savid Nəbiyev, Tahir Hüseynov isə NTK üzvləri seçiliblər. Konfrans AXCP Etimad Qurultayına nümayəndələri də müəyyən edib. Suraxanı şöbəsini qurultayda Cavid Musazadə, Ayaz Nəbiyev, Rahib Hacıyev, Vüsal Bayramov və Ehtiram Mehdiyev təmsil edəcəklər.
Qeyd edək ki, Suraxanı rayon şöbəsi AXCP-nin əsas dayaqlarından biri olub. Belə ki, son iki parlament seçkisində Ə.Kərimli bu dairədən namizəd olub. Suraxanı cəbhəçilərinin böyük əksəriyyətinin Etimad Qurultayı Təşkilat Komitəsini seçməsi ciddi siqnaldır və bu rayonda Ə.Kərimlinin sosial bazasının dağılması deməkdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info