Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün yeni layihə
Tarix: 07.09.2015 | Saat: 20:53:00 | E-mail | Çapa göndər


“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi sentyabrın 4-dən etibarən Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Valideyn himayəsindən məhrum olmuş uşaqların cəmiyyətə daha erkən adaptasiyasına dəstək üçün futbol turnirinin təşkili” layihəsinin icrasına başlayıb. Layihənin əsas məqsədini valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş internat məktəblərində yaşayan və təhsil alan gənclər arasında idman oyunlarına maraq oyatmaqla, onları gələcəkdə pis vərdişlərdən, cinayətkar əməllərdən uzaqlaşdırmaq, dövlətimiz tərəfindən bütün gənclərə bərabər hüquqlu imkanlar təmin edilməsini nəzərə alaraq, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş gənclərin sosial müdafiəsini təmin etmək və onların cəmiyyətdən təcrid olunmadıqlarını göstərməkdir. 3 ay davam edəcək layihə çərçivəsində 4 internat və 4 orta məktəb müəssisəsi olmaqla ümumilikdə 80 nəfərə yaxın gənclər arasında mini futbol turniri təşkil ediləcək. Belə ki, layihədən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş Bakı şəhərində yerləşən internat məktəblərində yaşayan və təhsil alan 40 nəfər 14-17 yaş arası gənclər və eyni sayda onlarla həmyaşıd məktəb şagirdləri faydalanacaqlar. Nəticədə, layihə valideyn himayəsindən məhrum olmuş gənclərin də bizlərdən biri olduğunu, onların digər ailə mühitində böyüyən uşaqlarla bərabər hüquqa və imkanlara malik olduqlarını hiss etməyə kömək olacaq.




 
Bölməyə aid digər xəbərlər
14.09.2019
Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub
14.09.2019
Azərbaycan-Qazaxıstan dostluq parkının təməli qoyulub
14.09.2019
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranları DOST Agentliyində olub
14.09.2019
DİN Tovuzda keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb
14.09.2019
Adam Draper ilə virtual reallıqda təlim təşkil olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info