“Azərbaycan Könüllülük Xidməti”nin növbəti seminarı Gəncədə keçirilib
Tarix: 07.09.2015 | Saat: 21:39:00 | E-mail | Çapa göndər


2016-cı il üzrə Avropa Gənclər Paytaxtı seçilmiş Gəncə şəhərində region gəncləri üçün “Avropada könüllü ol!” seminarı keçirilib. Seminar Azərbaycan Könüllülük Xidməti Proqramı çərçivəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti və "Gəncə Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin dəstəyi ilə həyata keçirilib.
Seminar Azərbaycanda Avropa Könüllülük Xidmətinin inkişafını təmin edilməsi və region gənclərinin beynəlxalq könüllülük proqramlarında iştirak potensialının artırılması məqsədi ilə keçirilib.
Seminara Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov və ARGTMŞ-ın “Azərbaycan Könüllülük Xidməti” Proqramının rəhbəri rəhbəri Hüsniyyə Qafarovanın açılış nitqləri ilə başlanılıb.
Seminar zamanı Hüsniyyə Qafarova tərəfindən ARGTMŞ-ın üzvü olan “Gələcəyə Körpü” İctimai Birliyinin EVS (European Voluntary Service) üzrə koordinatoru Hüseynxan Hacızadə ilə birgə “Avropa Könüllülük Xidməti” və onun ölkəmizdəki modeli olan “Azərbaycan Könüllülük Xidməti” haqqında təqdimatlar keçirilib. Təqdimat zamanı “Avropa Könüllülük Xidməti” ilə tanış olan gənclər proqram və onun üstünlükləri haqqında geniş məlumat əldə ediblər. Tədbirdə iştirakçılar, həmçinin beynəlxalq könüllülük, Avropada könüllü olmaq imkanları və şərtləri ilə tanış olublar.
Məlumat üçün qeyd edək ki, Avropa Könüllülük Xidməti (European Voluntary Service – EVS) gənclərin öz ölkələrindən fərqli ölkədə könüllülük fəaliyyətini təşkil edən beynəlxalq nüfuzlu proqramdır. 2013-cü ildə ARGTMŞ “Avropa Könüllülük Xidməti” proqramı üzrə akkreditasiya sertifikatını əldə edib və bu istiqamətdə ARGTMŞ gənclərin beynəlxalq könüllülük proqramlarında iştirakını təmin edir. Qeyd edək ki, həmin ildən ARGTMŞ tərəfindən “Avropa Könüllülük Xidməti”-nin Azərbaycan modeli olan “Azərbaycan Könüllülük Xidməti” proqramı fəaliyyət göstərir.
Xatırladaq ki, Avropa Gənclər Paytaxtı titulu Avropanın ən böyük gənclər platforması olan Avropa Gənclər Forumu tərəfindən 2009-cu ildə təsis olunub. Hər il təşkilat tərəfindən 1 şəhər Avropa Gənclər Paytaxtı seçilir və 1 il müddətində bu şəhər Avropanın bir çox beynəlxalq tədbirlərinə ev sahibliyi edir. 2014-cü ildə Yunanıstanın Soloniki şəhərində keçirilən təntənəli tədbirdə Gəncə şəhəri 2016-cı il üzrə Avropa Gənclər Paytaxtı seçilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info