ÜAK-ın Moskva nümayəndəliyinə yeni icraçı direktor təyin olunub
Tarix: 07.09.2015 | Saat: 21:40:00 | E-mail | Çapa göndər


Bu ildən Rusiya Federasiyasında Azərbaycan diaspor həyatında yaxından iştirak edən Şamil Tağıyev Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Moskva nümayəndəliyinin icraçı direktoru təyin olunub.
İctimai fəaliyyətini ÜAK-ın gənclər təşkilatının tərkibində başlayan Şamil Tağıyev daha sonra Azərbaycan Mədəniyyətinin İntibah və İnkişaf fondunun təsisçisi kimi ictimai işini davam etdirib. Fond rəhbəri Rusiyada fəaliyyət göstərən Rusiya Azərbaycan Gənclər Birliyi, “Şəhriyar” ədəbi bədii cəmiyyəti, “Azərbaycan Slavyan gənclər birliyi”nin Rusiya nümayəndəliyi,“Əhli-Beyt” cəmiyyəti, “AmorNews” informasiya portalı, “İnterAz” televizyası və digər Azərbaycan disapor təşkilatları ilə yanaşı, Rusiyada qeydə alınmış digər millətlərin diaspor təşkilatları ilə də yaxından əməkdaşlıq edib.
Azərbaycan mədəniyyətinin Rusiya məktəblərində təbliği, AMİİ-fondunun tərkibində bazar günü məktəblərinin təşkili və Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi, rus dili və başqa fənlərin tədrisi, “Müstəqillik Kuboku” futbol turnirinin təşkilatçısı kimi çıxış edən Şamil Tağıyev Azərbaycan mədəniyyətinin, tarixinin Rusiya Federasiyasında yayılmasında və tanınmasında daha onlarlar layihələrin və görüşlərin təşəbbüskarı olub.
Qəzetimizə açıqlamasında Şamil Tağıyev bildirib ki, ÜAK-ın Moskva nümayəndəliyi olaraq həmyerlilərimizin Rusiya cəmiyyətinə inteqrasiyası və Rusiya Federasiyasının ictimai, siyasi və iqtisadi həyatında daha yaxından iştirak etməsi üçün yeni layihələrə start veriləcək.
“Azərbaycanlıların səsi artıq dövlət Dumasından, siyasi partiyalardan, yüksək vəzifələrdən gəlməlidir”,-deyə Ş.Tağıyev qeyd edib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info