Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən körpələr evi-uşaq bağçası istifadəyə verilib
Tarix: 07.09.2015 | Saat: 21:58:00 | E-mail | Çapa göndər


Füzuli rayonunun Bala Bəhmənli kəndində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən körpələr evi-uşaq bağçası istifadəyə verilib. Fonddan verilən məlumata görə, u münasibətlə keçirilən mərasimdə valideynlərin, bağça kollektivinin ünvanına təbriklər səslənib.
Bildirilib ki, uşaqların keyfiyyətli təhsil və dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Heydər Əliyev Fondu da bu istiqamətdə mühüm layihələr həyata keçirir. Ölkənin hər yerində körpələr evləri, uşaq bağçaları, internat və orta məktəb binaları tikilir və ya əsaslı şəkildə yenidən qurulur. Füzuli rayonunda yeni inşa olunan uşaq bağçası bu diqqət və qayğının növbəti əyani təzahürüdür.
Qeyd edilib ki, son dörd ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Füzulirayonunda 4 layihə həyata keçirilib. 2012-ci ildə Horadiz şəhərində 240 şagird yerlik məktəb binası, 2014-cü ildə tarix-diyarşünaslıq muzeyi və 100 çarpayılıq körpələr evi, uşaq bağçası tikilərək istifadəyə verilib.
Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri göstərilən qayğıya görə ölkə rəhbərliyinə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və bağçanın tikintisində əməyi olanlara minnətdarlıqlarını bildiriblər.
Sonra mərasim iştirakçıları uşaq bağçasında yaradılmış şəraitlə tanış olublar. İki mərtəbəli, 60 çarpayılıq binada uşaqların təlim-tərbiyəsi, ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün hər cür şərait yaradılıb. Burada müasir təlim-tərbiyə qaydalarına uyğun qruplar formalaşdırılıb. Otaqlar bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz olunub. Bağçanın ərazisi abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ötən ilin yekunları müzakirə edilib
16.01.2019
Baş prokurorun Şamaxıda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
16.01.2019
SOCAR: Hava şəraitinin kəskinləşməsi ilə əlaqədar 2500-dək neftçi təxliyyə olunub
16.01.2019
Hərbi hissələrdə təhlükəsizlik tədbirləri görülüb
16.01.2019
“Azəriqaz” hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info