Gəncədə “Əli və Nino“nun heykəli ucaldılacaq
Tarix: 07.09.2015 | Saat: 21:59:00 | E-mail | Çapa göndər


Gəncə Bulvar Kompleksində Azərbaycanda ilk dəfə olaraq "Əli və Nino"nun heykəli ucaldılacaq. Memarlar abidənin dünya memarlığında bir ilk olacağını bildirirlər.
Gəncəçayın sağ sahilində salınan “Əli və Nino” parkında yerləşəcək memarlıq əsərində beton-konstruksiya işləri aparılır. Qurban Səidin müəllifi olduğu “Əli və Nino” əsəri əsasında yaradılan heykəllərin hündürlüyü 3.5 metr təşkil edəcək. Kompleksdə işlərin 2 aya kimi yekunlaşdırılması nəzərdə tutulur.
Memarı Cahid Həsənov olan və azərbaycanlı və gürcü gənclərin sevgisinə ithaf edilən abidə Azərbaycandan öncə Çin, Fransa və Gürcüstanda ucaldılıb.
“Əli və Nino” abidə kompleksinin memarı Cahid Həsənov deyib: "Bu heykəl iki alovun yanması anlamını verəcək. Sonrakı mərhələdə “Əli və Nino” tərənüm olunur. Heykəlin ətrafında süni tüstü effektləri veriləcək ki, sanki bunların eşqləri səmada uçur. Dünya memarlığında ilk dəfədir ki, abidədə vizual bir görüntü yaradacağıq".
Bundan başqa, abidənin ətrafında 3 fəvvara quraşdırılır ki, bunlar da vizual olaraq göz yaşlarını xatırladacaq. Layihəyə görə, “Əli və Nino” heykəli Şərq üslübunda, lakin modern formada olacaq.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info