TUMİB Qobustan qəsəbəsində növbəti tədbirini keçirdi
Tarix: 07.09.2015 | Saat: 23:21:00 | E-mail | Çapa göndər


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMIB) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Bakı şəhərinin kəndlərində “Dini radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərin təbliği” adlı layihənin icrasına davam edir. Layihə çərçivəsində növbəti tədbir Qaradağ rayonunun Qobustan qəsəbəsində keçirilmişdir. Layihənin məqsədi dini radikalizmə qarşı mübarizədə multikulturalizmi, tolerantlığı, milli-mənəvi dəyərləri təbliğ etmək, bu istiqamətdə Azərbaycanda din-dövlət əlaqələri və milli din xadimləri haqqında məlumat vermək, ideoloji maarifçilik işləri aparmaq, gəncləri zərərli xarici ideologiyaların təsirindən qorumağa çalışmaq və azərbaycançılıq ideologiyasına sahib tolerant gənclərin yetişməsinə nail olmaqdır.
Tədbiri açıq elan edən Qaradağ rayonu İcra Hakimiyyətinin Qobustan qəsəbəsi üzrə nümayəndəsi Şükran Nəcəfov iştirakçıları salamlayaraq tədbirin qısa mahiyyəti haqqında məlumat verib. TUMİB sədri Çingiz Bayramov Azərbaycanda xarici təriqətlərin zərərli fəaliyyətlərinə qarşı ideoloji mübarizə və milli dəyərlərin gənclərə öyrədilməsinin vacibliyindən bəhs edib. O, ulu öndər Heydər Əliyevin “Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır” fikrini qeyd edərək Azərbaycan gənclərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıb. Natiq bildirib ki, Azərbaycanın M.Ə.Rəsulzadə, Ə.Hüseynzadə kimi milli ziyalılarının təbliği Azərbaycanda milli-mənəvi dəyərlərin mənimsənilməsi üçün zəruridir. Ç.Bayramov Qobustanın qədim abidələrinin öyrənilməsinin Azərbaycanın milli-mənəvi tarixinin öyrənilməsində vacib rol oynadığını və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli–mənəvi dəyərlərimizin dünyada təbliğində xüsusi rolu olduğunu bildirib.
DQİDK-nin Bakı şəhəri şöbəsinin müdir müavini Ceyhun Əliyev DQİDK-nin dini dözümsüzlüyə qarşı gördüyü fəaliyyət haqqında məlumat verib və gəncləri Azərbaycan dövlətçiliyinə sadiq olmağa dəvət edib.
TUMİB-in Elmi Araşdırmalar və Tədqiqatlar Mərkəzinin rəhbəri Əli Fərhadov Azərbaycanda tarix boyu müxtəlif din və məzhəblərin birlikdə mehriban yaşama ənənəsi, Azərbaycan Konstitusiyasında din-dövlət münasibətləri haqqında məlumat verərək xarici sektaların təsirindən qorunmaq üçün milli din xadimlərinin maarifləndirici əsərlərinin təbliğinin vacibliyindən danışıb.
Daha sonra yerli ağsaqqal Əliyusif Əliyev, həmçinin Qaraoğlan Həsənov və Nazim Lazımov çıxış edərək qəsəbədəki dini vəziyyət haqqında tədbir iştirakçılarına məlumat verərək, yerli sakinlərin hökumətin din siyasətindən razı olduğunu bildirib və bu kimi maarifləndirici tədbirlərin gələcəkdə də davam etdirilməsinin zərurətini göstərib. Tədbirin iştirakçılarına TUMİB-in diplomları verilib və xatirə şəkili çəkdirilib.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info