«Gürcü arzusu»nun «ən böyük arzusu» Rusiyadır
Tarix: 05.02.2013 | Saat: 22:25:00 | E-mail | Çapa göndər


İvanişvili: «Yeni hökumətin
ən böyük arzusu və məqsədi böyük qonşumuz olan Rusiya ilə
münasibətlərin normallaşmasıdır»

Gürcüstanın baş naziri Bidzina İvanişvili Rusiya ilə münasibətlərin yoluna qoyulmasının onun başçılıq etdiyi hökumətin «ən böyük arzusu» olduğunu bildirib. «Newsgeorgia.ru» xəbər verir ki, İvanişvili bu haqda dünən 100 günlük hesabatla bağlı keçirdiyi mətbuat konfransında deyib. «Yeni hökumətin ən böyük arzusu və məqsədi bizim böyük qonşumuz olan Rusiya ilə münasibətlərin normallaşmasıdır»-deyə İvanişvili bildirib.

Məlum olduğu kimi, rəsmi Tiflis Moskva ilə bütün diplomatik münasibətlərini 2008-ci ilin avqust ayından etibarən dayandırıb. Avqust müharibəsi Moskvanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqla nəticələndi. Ötən ilin oktyabr ayında Gürcüstanda keçirilən parlament seçkilərindən sonra hakimiyyətə gələn «Gürcü arzusu» partiyası və onun lideri İvanişvili elə ilk gündən bəyan etdi ki, ilk hədəflərindən biri Rusiya ilə münasibətlərin nizamlanmasıdır. Prezident Saakaşvilinin rəhbərlik etdiyi «Vahid Milli Hərəkat» partiyası isə bəyan edir ki, İvanişvilinin rəhbərlik etdiyi siyasi qüvvə ölkəni yenidən «Rusiyanın orbitinə» qaytarmaq istəyir. Maraqlıdır ki, İvanişvili yenə də bildirib ki, xarici siyasətin əsas prioritetləri ərazi bütövlüyünün bərpası, Avroatlantik strukturlara inteqrasiya və ABŞ-la strateji münasibətlərin daha da dərinləşdirilməsidir. İvanişvili hesab edir ki, Avroatlantik kurs və Rusiya ilə münasibətlərin normallaşmasını eyni vaxtda həyata keçirmək mümkündür. İvanişvili Fransa vətəndaşlığından imtina prosedurunu dayandırdığını da açıqlayıb. Baş nazir xatırladıb ki, Saakaşvili ona Fransa vətəndaşlığından imtina şərti ilə Gürcüstan vətəndaşlığı verib: “Lakin mən bu prosesi dayandırdım, çünki onların kefi istədiyi kimi hərəkət etmək və çalışmaq istəmirəm”. Baş nazir keçirdiyi mətbuat konfransında fevralın 14-də Türkiyəyə səfər edəcəyini də açıqlayıb: “Gürcüstanla Türkiyə arasında sıx əməkdaşlıq var və bu, davam etdirilməlidir”. Baş nazir Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin olduğunu bildirib: «Bu problemlər tədricən həll ediləcək. Ən başlıcası odur ki, etnik azərbaycanlılar maksimal olaraq gürcü ictimaiyyətinə inteqrasiya olunmalıdır». O bildirib ki, azərbaycanlılar digər vətəndaşlarla eyni hüquqlara malikdir: “Azərbaycanlılar da yeri gəldikcə müxtəlif vəzifələrə təyin olunacaqlar. Biz Azərbaycanla strateji tərəfdaşıq. Azərbaycanlıların torpaq problemlərinə gəlincə, bu problemlər yavaş-yavaş tənzimlənəcək. Beş dəqiqəyə bu problemi həll etmək mümkün deyil”.
Anar MIRIYEV




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Zelenski dönəmində Ukrayna: NATO üzvlüyü ilə bağlı referendum keçiriləcək
21.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu başlayıb
21.04.2019
“Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılışı
20.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı sükut günüdür
18.04.2019
Ermənistanda 24 yaşlı əsgər özünü güllələyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info