“Rəqib səhvlərimizi bağışlamadı”
Tarix: 07.09.2015 | Saat: 23:49:00 | E-mail | Çapa göndər


"Hava çox isti idi. Komandamı təbrik edirəm. 8 aydır Azərbaycandayam və bütün oyunları nəzərə alsaq, bu gün ən yaxşı şəkildə oynadılar".
Bunu Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib. “Avro-2016”-nın seçmə qrup mərhələsində Malta ilə oyun haqda fikirlərini bildirən baş məşqçi bunları söyləyib: " Rəqib hesabda öndə olan zamanda da hücum futbolu oynadıq. Öz səhvlərimizi bilirəm. Rəqib qapıya 3 dəfə zərbə vurdu və 2-si də qol oldu. Bizdə isə 21 zərbə oldu, amma qol vura bilmədik". Xorvatiyalı mütəxəssisin sözlərinə görə, Azərbaycan bu qarşılaşmada 2 xal itirib: "Ancaq futbolda belə hallar olur. Səhv edirsən və rəqib səhvləri bağışlamır. Yaxşı çıxışımıza baxmayaraq rəqib səhvlərimizi bağışlamadı. Azərbaycan futbolunu yaxından izləyirəm. Oyuna təkrar baxsaq, millinin gözəl oynadığını görərik. Con Terri kimi futbolçular da səhv edir. Məsələni yorğunluqla əlaqələndirməzdim". Rahid Əmirquliyevin dublundan danışan baş məşqçi hücum xəttinin çıxışını dəyərləndirib: "Ruslan meydançada çox çalışdı. İkinci qolun son ötürməsini Ruslan etdi. Bu gün Maltanın qapıçısının günü idi. Mən Ruslandan razı qalmışam. Bu istidə belə mübarizə aparan futbolçularla fəxr etməliyik". Qeyd edək ki, Malta - Azərbaycan matçı 2:2 hesabı ilə başa çatıb.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Monqolustan Prezidenti cüdo üzrə dünya çempionatının yarışlarına baxıb
25.09.2018
Cüdo üzrə dünya çempionatında daha iki çəkidə qalib və mükafatçılar müəyyənləşib
25.09.2018
Cüdoçumuz Elmar Qasımov dünya çempionatına qələbə ilə başlayıb
25.09.2018
“Barselona” Serxio Buskets ilə yeni müqavilə imzalayıb
25.09.2018
Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info