“Bakcell”in təşkil etdiyi “Smart Start” təcrübə proqramı başa çatıb
Tarix: 08.09.2015 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkətində “Smart Start” təcrübə proqramı çərçivəsində təcrübə keçən gənclər proqramı uğurla başa vurublar.
“Bakcell” şirkətinin 18-25 yaş arası tələbə və məzunlar üçün təşkil etdiyi “Smart Start” təcrübə proqramı çərçivəsində 32 nəfər gənc insan resursları, informasiya texnologiyaları, hüquq, texniki, mühasibatlıq, marketinq, müştəri xidmətləri, təchizat və logistika, tənzimləmə və dövlət qurumları ilə iş, korporativ satış, biznes texnologiyaları, pərakəndə satış və distribusiya şöbələrində təcrübə keçərək, peşəkar iş karyerasına başlamaq üçün faydalı olan bilik və bacarıqlara yiyələniblər. İki aylıq proqram ərzində gənclər qeyri-neft sektorunun ən böyük investorlarından olan “Bakcell” şirkətində çalışaraq ən müasir biznes mühiti ilə tanış olublar. Təcrübə proqramının başlanğıc mərhələsində iştirakçılar praktiki biliklərini və işə hazırlıq bacarıqlarını artırmaq üçün təşkil olunan biznes etikası, karyera inkişafının planlaşdırılması, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit, vaxtın səmərəli bölgüsü, effektiv kommunikasiya, özünü kəşfetmə və təcrübəçilərin gələcək peşəkar fəaliyyətlərində zəruri olan müxtəlif təyinatlı təlimlərdə iştirak ediblər. “İki il ərzində proqramda iştirak etmək istəyən gənclər tərəfindən 3000-ə yaxın müraciət qəbul etdik və onlara maksimum dərəcədə şans verməyə çalışdıq. Keçən il 22, bu il isə 32 nəfər təcrübəçimiz olub. Gənclərin peşəkar bacarıqlarını inkişaf etdirmək üçün “Bakcell”i seçməsi bizi çox sevindirir. Milli operator olaraq ölkə gəncliyinə dəstək verməyə davam edəcəyik”,- deyə “Bakcell”in baş icraçı direktoru Riçard Şirer bildirib. “Smart Start” proqramın məzunları isə “Bakcell” haqqında fikirlərini bölüşüblər: Elvin Nürəddinli: “Smart Start” proqramı mənim gələcək peşəkar karyera planlarımda olduqca böyük rol oynadı. Mən gələcəkdə özümü inkişaf etdirəcəyim prioritet sahələri müəyyənləşdirdim və əla dostlar qazandım”. Simuzər Mahmudova: “Uzun müddət nəzəri olaraq əldə etdiyim bilik və bacarıqları real iş mühitində tətbiq etdiyimə görə olduqca şadam. Karyerada ilk addımlar üçün “Smart Start” proqramı gənclər üçün əla şansdır”. İbrahim Niftiyev: “Bu iki ay ərzində “Bakcell” ailəsinin bir hissəsi olduğuma görə çox şadam. Təcrübə proqramı ərzində olduqca dəyərli bilik və bacarıqlar əldə etdim”. Leyla İsayeva: “İxtisasca müəllimə olsam da, özümü iş həyatında sınamaqla dəyərli təcrübə əldə etmiş oldum. Əminəm ki, əldə etdiyim bilik və bacarıqlar uğur qazanmağımda müstəsna əhəmiyyət daşıyacaq”. “Smart Start” proqramında təcrübə müddəti 2 ay olmaqla həftədə 5 tam iş günüdür. Proqram iştirakçıları nəqliyyat və qida xərclərini qarşılamaq məqsədilə 2 ay müddətində “Bakcell”dən təqaüd alırlar. Proqramın sonunda gənclər proqramda iştirak haqqında sənədlə təmin olunurlar. Qeyd edək ki, “Smart Start” proqramının bütün məzunları “Bakcell” şirkətində açılan iş yerlərinə potensial namizəd hesab olunurlar. Ötən il təcrübə proqramını müvəffəqiyyətlə başa vuran gənclərdən 5 nəfər artıq “Bakcell” şirkəti tərəfindən işlə təmin olunub. Proqramın builki məzunlarından da bir neçəsinin işlə təmin olunması gözlənilir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info