“Rusiya ilə Türkiyə “Türk axını” layihəsi üzrə razılığa gəlib”
Tarix: 08.09.2015 | Saat: 01:06:00 | E-mail | Çapa göndər


Rusiya və Türkiyə “Türk axını” qaz boru kəməri layihəsi üzrə ilk xəttinin inşası ilə bağlı razılığa gəlib. Bu barədə “Gazprom”un vitse-prezidenti Aleksandr Medvedev məlumat verib.
O bildirib ki, Rusiya təbii qazını Türkiyədən keçməklə Avropaya daşıyacaq “Türk axını” layihəsinin ilk kəmərinin inşası ilə bağlı rəsmi Ankara ilə razılıq əldə olunub. Türkiyənin “Türk axını”nın 2-ci, 3-cü və 4-cü boru kəmərlərindən imtina etmədiyini deyən A.Medvedev layihənin Avropanın tələblərinə uyğun inkişaf etdiriləcəyini qeyd edib. Layihə üzrə ilk boru kəmərinin 4,3 milyard avroya başa gələcəyi, ümumilikdə 4 kəmərin isə 11,4 milyard avro dəyərində olduğu bildirilir. “Türk axını” layihəsi ilə 63 milyard kubmetr Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Bu həcmin 47 milyard kubmetrinin Avropanın, 16 milyard kubmetrinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır.




 
Bölməyə aid digər xəbərlər
13.02.2019
Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
13.02.2019
Dövlətmizin uğurlu idman siyasəti
13.02.2019
“Şirkətlər əksər vaxtlar benefisiarların adını açıqlamaq istəmir”
11.02.2019
Akademiyada bəziləri işə gəlmir, soruşanda da deyir ki, kitabxanada idim
09.02.2019
Evini, ocağını “ucuz tutmaq” yoxdur milli düşüncəmizdə…

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10597

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info