Rusiyadan Ermənistana daxil olan investisiyalar 12 dəfə azalıb
Tarix: 08.09.2015 | Saat: 01:22:00 | E-mail | Çapa göndər


“Birinci informasiya”: “Dövlət 1988-ci ildə baş verən zəlzələnin nəticəsində yaranan problemləri həll etmək iqtidarında deyil. Həmin zəlzələdən artıq 27 il keçməsinə baxmayaraq, Gümrüdə 7 mindən artıq insan hələ də təhlükə altındadır”

Rəsmi statistikaya görə, Ermənistana Rusiyadan daxil olan investisiyaların həcmi, demək olar ki, 12 dəfə azalıb. Ermənistana sadəcə ABŞ, Kanada, Fransa, Birləşmiş Ərəb Əmirliklərindən daxil olan investisiyaların həcmində cüzi artım var. Bu, ümumiyyətlə, Ermənistan iqtisadiyyatı üçün mövcud geosiyasi vəziyyət fonunda olduqca rəmzi xarakter daşıyır.
Rusiya iqtisadiyyatından həddən artıq asılılıq Ermənistanı çətin vəziyyətə salıb. Ölkədə yaranmış vəziyyətin partlayış həddinə çatmasının qarşısını isə ABŞ, Fransa və digər Qərb ölkələrindən daxil olan investisiyalar hesabına almaq olur. Bu investisiyalar Ermənistanın iqtisadiyyatın daha geniş formada dağılmasına imkan verməyib. Başqa sözlə, Qərb investisiyaları boğulan Ermənistan iqtisadiyyatının nəfəs almasına şərait yaradıb. Amma bütün bunlar ölkə iqtisadiyyatının az da olsa dirçəlməsinə, ölkə əhalisinin sosial şəraitini az da olsa yaxşılaşmasına yardımçı olmayıb. “Birinci informasiya”nın məlumatına görə, hələ neçə illər əvvəl- 1988-ci ildə Ermənistanda baş verən zəlzələdən sonra ölkədə yaranmış problemlər hələ də aradan qaldırılmayıb. Dövlət zəlzələ nəticəsində yaranan problemləri həll etmək iqtidarında deyil. Həmin zəlzələdən artıq 27 il keçməsinə baxmayaraq, Gümrüdə 7 mindən artıq insan hələ də təhlükə altındadır. Onların yaşadıqları təhlükəli binalar hər an uçmaq təhlükəsi ilə üz-üzədir. Gümrüdəki köhnə binaların bir çoxu - zəlzələnin "səssiz şahidləri"dir. Bu binalar bir zamanlar metal konstruksiyaları oğurlayanlar üçün yaxşı anbar olub. Gümrü sakinləri bir neçə min dramın insan həyatından daha önəmli olduğunu unutmayıblar. Ölkənin şəhərsalma üzrə naziri Narek Sarqsyan Gümrüyə son səfəri zamanı şəhərdəki vəziyyətə şərh verərkən…şərh verməsəydi, daha yaxşı olardı. Onun sözlərinə görə, zədələnmiş binaların əsaslı təmiri və möhkəmlənməsinə təqribən 5 milyard dollara qədər vəsait lazımdır Bu qədər vəsaitin ayrılmasının, sadəcə, mümkün olmadığını etiraf edən nazir alternativ üsullardan yararlanmağı təklif edib. Alternativ üsulun nədən ibarət olduğunu heç kim bilmir...“Birinci informasiya” yazır: “Bütün bunlarla yanaşı, belə bir sual yaranır: şəhər meri və ya ölkə rəhbərliyi nə vaxt şirin yuxularına haram qatıb şəhərin taleyi barədə düşünəcəklər? Onlar görəcəklərmi ki, ölkənin ikinci böyük şəhəri hansı mərhumiyyətlərlə üz-üzədir? Seçki uzaqda deyil. Hazırkı hakimiyyətin Gümrüdə üzləşəcyi biabırçı məğlubiyyəti göz önündədir. Son illər toz- duman içində yaşayan Gümrü sakinləri onlara qarşı olan bu etinasızlıq müqabilində hakimiyyətin heç bir “seçki tamaşasını” alqışlamayacaq. Bu şəhərdə, artıq sirk tamaşalarının vaxtı ötüb. Klounları isə artıq maskasız da tanımağa başlayıblar”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info