Ermənistanın ictimai təşkilatı: «Sərkisyan cinayətlərə, kütləvi miqrasiyaya, ordudakı qətllərə görə məsuliyyət daşıyır»
Tarix: 05.02.2013 | Saat: 22:49:00 | E-mail | Çapa göndər


Ermənistanın "Vətəndaş təşəbbüsləri" ictimai təşkilatının nümayəndələri Serj Sərkisyanın siyasətini pisləyiblər. Bu barədə "Armenia Today" məlumat yayıb.

Bəyanatda deyilir ki, hazırkı prezident və prezidentliyə namizəd Serj Sərkisyan 2008-ci il martın 1-də törədilən cinayətlərə, kütləvi miqrasiyaya, orduda dinclik dövründə törədilən qətllərin açılması işində nəticələrin olmaması, bizə məxsus olan təbii sərvətlərin oğurlanmasının açılmasında ədalət mühakiməsinin olmaması, təbiət və mədəni-tarixi abidələrin məhv edilməsi, eləcə də bir sıra başqa məsələlərin həll olunmamasına görə şəxsən məsuliyyət daşıyır: «Qoy belə hakimiyyətin və onun namizədinin mənəvi siması barədə ictimaiyyət mühakimə yürütsün. İlk uyğun hal qarşıdakı seçkilərdir». Bəyanatda bildirilir ki, Ermənistan prezidentliyinə namizəd, ölkənin hazırkı dövlət başçısı və oliqarxlar sistemində əsas məsul şəxs olan Serj Sərkisyan öz təbliğat çarxını yayıb.
Videoçarxda Ermənistandakı ekoloji və digər hərəkatlar haqqında mövzulara toxunulub: «O, eləcə də heç çəkinmədən vətəndaşların Trçkan şəlaləsi, Maştotsa bağçası və başqa problemlərinin həlli uğrunda mübarizəsini və uğurlarını mənimsəyib və "özəlləşdirib", özünü ictimai mülkiyyəti müdafiə edən fəalın "müdafiəçi" obrazında təqdim edib. Biz hesab edirik ki, bir qrup Ermənistan vətəndaşının dürüst mübarizəsini mənimsəmək və qaralamaq, onu öz adına yazmaq əxlaqsızlıqdan başqa bir şey deyil. Bir dəfəlik təsdiqləmək və həmişəlik etiraf etmək lazımdır ki, bu qələbələr yalnız və yalnız Ermənistan Respublikasının qanundan kənara çıxmayan və vicdanlı vətəndaşlarına aiddir. Həmin vətəndaşlara ki, onlar bir neçə ay boyunca aparılan mübarizə nəticəsində qanunları pozan məmurları öz qanunsuz qərarlarını dəyişdirməyə və təkrar gözdən keçirməyə, ictimaiyyətin maraqlarına əsaslanan qərarlar qəbul etməyə məcbur edərək uğur qazanıblar».
CAVİDAN




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Yerevanda “Rusiyada necə inqilab etməli?” kursları keçirilib
15.02.2019
«Ermənilər xarici yardım hesabına yaşamağa alışıblar»
15.02.2019
Yerevanda avtobus sürücüləri tətil edirlər
15.02.2019
İslamabadda “İpək yolunun dostları” təşəbbüsünə start verilib
15.02.2019
ABŞ Rusiya ilə Almaniya arasında “Berlin divarı” çəkə biləcəkmi?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10594

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 İtaliyada ötən ildən indiyə kimi qripdən 52 ölüm halı qeydə alınıb
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info