Abid Şərifov: “Masazırda 1100 evin köçürülməsinə ehtiyac yoxdur”
Tarix: 08.09.2015 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


“Masazırda əksəriyyəti üçün müvafiq razılıq alınmadan bitum yatağı üzərində 1990-cı illərdə fərdi evlər tikilib. Söhbət 1100 evdən gedir”. Bunu baş nazirin müavini Abid Şərifov deyib. A. Şərifov bildirib ki, ərazidə araşdırmalar davam edir: “Azərbaycan Milli Elmlər Akademiyası orada bitum yatağının olduğunu bildirir, amma bizdə bununla bağlı konkret məlumat yoxdur. Konkret olan odur ki, orada qaz sızmaları olub, bir evdə partlayış baş verib, insan tələfatı olmayıb, evə ziyan dəyib. Həmin ev bərpa olunub. Belə halların qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyinin xətti ilə tədbirlər görülüb. Mən bir neçə dəfə SOCAR, AMEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerli icra hakimiyyəti orqanlarının əməkdaşları ilə ərazidə olmuşam, hansı işlər görülməsi ilə bağlı rəyə gəlmişik. Birinci növbədə 1100 evin zirzəmisində nəfəsliklər açdırmışıq ki, qaz yığılmasın. Bütün kommunikasiya, kanalizasiya xətləri yoxlanıb. Bütün bunlar ciddi nəzarətdədir. Bu gün 1100 evin köçürülməsindən söhbət gedə bilməz, bu, elə də asan məsələ deyil. Gördüyümüz tədbirlərdən sonra o evlərin köçürülməsinə ehtiyac yoxdur. Biz daim yoxlama aparırıq, qaz yığıntısından partlayış ola bilməz. Onu da deyim ki, bu tədbirlər görülənə qədər ərazidə təcili tibbi yardım maşınları yerləşdirilmişdi, post qoyulmuşdu, eyni zamanda yanğına qarşı tədbirlər görülmüşdü. Görülən tədbirlərdən sonra orada daimi qrup ərazidə gəzir, postları isə götürmüşük. Orada elə bir ciddi problem gözləmirik”.
Qeyd edək ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət mərkəzinin direktoru Qurban Yetirmişli Masazırda qır yatağı üzərində təhlükəli zonada tikilən evlər və binaların köçürülməli olduğunu bildirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info