Serbiya Azərbaycan qazının Avropaya nəqlində iştirak etmək istəyir
Tarix: 05.02.2013 | Saat: 22:53:00 | E-mail | Çapa göndər


Serbiya dövlət başçısı Tomislav Nikoliçin fevralın 7-9-da Azərbaycana səfəri zamanı ikitərəfli əməkdaşlığa dair dörd sənədin imzalanması nəzərdə tutulub. Onlara dostluq və strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin imzalanması da daxildir.
Bu barədə dünən keçirdiyi brifinqdə Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç bildirib. "Bu, Serbiyanın fəaliyyətdəki dövlət başçısının Azərbaycana ilk səfəridir. Səfər çərçivəsində Bakının mərkəzi parklarından birində görkəmli serb-Amerika fiziki, alimi və ixtiraçısı Nikole Teslanın abidəsinin, Belqrad Şəhər Muzeyinin və Azərbaycan Diplomatik Akademiyasının dəstəyi ilə məşhur yuqoslav yazıçısı və diplomatı İvo Andriçin "İvo Andriç yazıçı və ya diplomat" sərgisinin açılışı planlaşdırılıb" - deyə səfir bildirib. Onun sözlərinə görə, Serbiya və Azərbaycan beynəlxalq arenada da bir-birini dəstəkləyir və beynəlxalq hüququn ərazi bütövlüyü və dövlətlərin suverenliyi kimi prinsiplərinin aliliyinə dair prinsipial mövqeyi dəyişməz qalır: «2012-ci il ərzində ölkələr arasında müqavilə-hüquq bazasına daha iki yeni sənəd əlavə edilib. Bunlar iki dövlət arasında sonrakı iqtisadi əməkdaşlıq üçün geniş imkanlar açan Serbiya hökuməti ilə Azərbaycan hökuməti arasında iqtisadi və texnoloji əməkdaşlıq haqqında razılaşma və fevralda Azərbaycan hökuməti tərəfindən dəyəri 308 milyon avro olan Liq-Prelina magistralının "Korridor-11" sahəsinin tikintisi üçün Serbiya hökumətinə kreditin ayrılması haqqında müqavilədir. Hazırda ölkələr arasında müqavilə-hüquqi bazaya uyğun müxtəlif səviyyələrdə ikitərəfli qarşılıqlı fəaliyyətin çərçivələrini quran 21 beynəlxalq müqavilə daxildir». Onun sözlərinə görə, 2012-ci ildə iki ölkə arasında mal dövriyyəsi 35 milyon dollar təşkil edib. Səfir bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində, Dağlıq Qarabağda aeroportun açılması münaqişənin sülh yolu ilə nizamlanmasına uyğun gəlmir. O, münaqişənin sülh yolu ilə nizamlanmasının vacibliyini vurğulayıb. Səfir mətbuat konfransında onu da bildirib ki, Serbiya Azərbaycan qazının Avropaya nəqli layihələrində iştirak etmək istəyir. Onun sözlərinə görə, Serbiya Xəzər regionundan qaz nəqli layihələrində iştirak etməyə hazır olduğunu bəyan edib: “Biz böyük oyunçu olmasaq da, öz qaz nəqlimizin diversifikasiyasında maraqlıyıq”. Səfir Bakı ilə Belqrad arasında birbaşa aviauçuşların həyata keçirilməsində də maraqlı olduqlarını vurğulayıb: “Bu, həm də iqtisadi məsələ olduğundan, məqsədəuyğunluğu müzakirə mərhələsindədir”.





 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sumqayıt Kimya Sənaye Parkında tütün məmulatları istehsalı fabriki istifadəyə verilib
16.11.2018
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gedib
16.11.2018
Məşğulluq Strategiyası insan kapitalının inkişafında, məşğulluğun təminatında mühüm addımların atılmasına imkan yaradacaq
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info