A.Şərifov: “Qlobal ticarətlə bağlı gömrük işi sahəsində islahatlar aparılmalıdır”
Tarix: 08.09.2015 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


Gömrük orqanlarının potensialının gücləndirilməsi, qlobal ticarət zəncirinin təhlükəsizliyinin təmin edilməsi və iqtisadi nailiyyətlərin əldə olunması gömrük işi sahəsində islahatların aparılmasını ehtiva edir. Bu sözləri Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov sentyabrın 8-də Bakıda keçirilən Dünya Gömrük Təşkilatının 10-cu illik PICARD (“Gömrük sahəsində akademik araşdırmalar və inkişaf üzrə əməkdaşlıq proqramı”) konfransındakı çıxışında deyib.
A.Şərifov qeyd edib ki, müasir qloballaşan dünyada nailiyyətlərin əldə olunması və iqtisadiyyatın inkişaf etdirilməsi mühüm amillərdəndir. Hazırkı dövrdə güclü iqtisadiyyata malik olmaq üçün bir sıra sahələrlə yanaşı gömrük sahəsinin də inkişaf etdirilməsi mühüm məsələdir. Bu baxımdan gömrük sahəsində potensialın inkişaf etdirilməsi, elmi və təcrübi biliklərə nail olunması istiqamətlərində görülən işlər daim diqqət mərkəzində olmalı, gömrükçülərin peşə biliklərinin artırılması istiqamətində zəruri addımlar atılmalıdır. “Hər bir ölkənin həm siyasi, həm də iqtisadi cəhətdən inkişaf etməsi üçün güclü təhsilə malik potensialı və savadlı kadrları olmalıdır. Dünya Gömrük Təşkilatının devizi olan “Bilik gömrüyün təkmilləşdirilməsində katalizatordur” ifadəsi həqiqətən də yerinə düşür. Bu baxımdan dövlətin iqtisadi maraqlarının mühafizəsini təmin edən gömrük orqanları daim öz potensialını gücləndirməli, elm və təhsil sahəsində innovasiyalara yiyələnməli və qabaqcıl təcrübi biliklərə malik olmalıdırlar”, - deyə Azərbaycanın Baş nazirinin müavini bildirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info