A.Şərifov: “İlin sonuna qədər “Sovetski”nin bir hissəsində abadlıq işlərinə başlanılacaq”
Tarix: 08.09.2015 | Saat: 18:48:00 | E-mail | Çapa göndər


“Sovetski”nin köçürülməsi asan məsələ deyil. Tutaq ki, 100 il əvvəl kimsə ev tikib, sənədlər 50 kvadrat metr üçündür. Ancaq sonradan orada əlavə yardımçı binalar tikib. Bakıda bu gün maksimum 1 kvadrat metr üçün 1500 manat kompensasiya ödənilir. Amma hamımız bilirik ki, “Sovetski” məhəlləsində evlər nə durumdadır. Əslində vəsait evin vəziyyətinə görə verilməlidir, ancaq tapşırıq verilmişdi ki, evin vəziyyətindən asılı olmayaraq 1 kvadrat metr üçün 1500 manat, yəni maksimum qiymət qoyulsun”. Bunu Bakının "Sovetski" məhəlləsinin köçürülməsi ilə bağlı baş nazirin müavini Abid Şərifov deyib. A. Şərifov bildirib ki, problem evlərin qiyməti ilə bağlı deyil, əsas problem “Sovetski”də sökülən və sökülməli olan evlərin 20 faizə qədərinin çox aşağı, yəni 25 kv/m-ə qədər olmasıdır: “İnanılası deyil, amma gözümlə görmüşəm ki, 8-12 kvadratmetr evlərdə bir neçə nəfər, bir ailə yaşayır. 8-20 kvadratmetr evə hər kvadratmetr üçün 1500 manat verilməsi ilə belə o vətəndaş heç nə edə bilməz. Bu, aydın məsələdir. Ona görə də dövlət başçısının bilavasitə göstərişinə uyğun olaraq 2 doqquzmərtəbəli bina müəyyənləşdirildi. "Gənclik" metrostansiyasının yanında 9 mərtəbəli yataqxana vardı, qaçqınlar yaşayırdı. O qaçqınlar başqa yerlərə köçürüldü, bina əsaslı təmir olundu və “Sovetski”də yaşayan 60 ailəyə verildi. Orada 2 otaqlı və 1 otaqlı mənzillər var. İki otaqlı mənzillər 50 kvadrat metr, bir otaqlı mənzillər 36 kvadrat metrdir, hər bir şərait var. Əvvəlcə bəzi ailələr razılaşmırdı, sonra ərizə ərizə arxasınca gəldi ki, amandır, bizə də oradan mənzil verin”. A. Şərifov “Sovetski”də mənzillərinin sahəsi az olan ailələr üçün ikinci 9 mərtəbəli yaşayış binasının keçmiş "Leytenant Şmit" Zavodunun yaxınlığında olduğunu açıqlayıb: “O da 9 mərtəbəli yataqxana idi. Həmin binada əsaslı təmir işləri ilin sonuna qədər bitəcək və ailələrin bir qismi ora köçürüləcək. Sahəsi 8-10 kvadratmetr olan, havasız, rütubətli mənzildə yaşayan ailələr orada 30-50 kvadrat metr sahədə yaşayacaq. Əksəriyyət bunu başa düşür və normal da qəbul edir”. Baş nazirin müavini “Sovetski”nin bəzi ərazilərinin müxtəlif problemlər səbəbindən hələ də tam boşalmadığını qeyd edib: “Ona görə də abadlıq işlərinə başlanılmır. Düşünürəm ki, ilin sonuna qədər “Sovetski”nin bir hissəsində abadlıq işlərinə başlanılacaq”. A. Şərifov “Sovetski”də köçürülən evlərin yerində binaların tikiləcəyi barədə yayılan məlumatların da əsassız olduğunu vurğulayıb: “Hansısa binanın tikintisindən söhbət gedə bilməz. “Sovetski”də yalnız park, yaşıllıq və yollar salınacaq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info