Bosniya və Herseqovina beynəlxalq arenada rəsmi Bakı ilə eyni mövqedən çıxış edir
Tarix: 05.02.2013 | Saat: 22:55:00 | E-mail | Çapa göndər


«Bosniya və Herseqovina Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində həllinin tərəfdarıdır. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan torpaqları tez bir zamanda azad olunmalıdır». Bu barədə jurnalistlərə Azərbaycanda səfərdə olan Bosniya və Herseqovina Parlament Məclisinin Nümayəndələr Palatasının üzvü, bu ölkənin AŞPA-dakı nümayəndəsi Militsa Markoviç deyib. O, vurğulayıb ki, Bosniya və Herseqovinanın parlamentinin Nümayəndələr Palatasında Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə dair qətnamə qəbul olunub. Bir neçə gündən sonra isə Bosniya və Herseqovinanın yuxarı palatasında da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı eyni sənədin müzakirəsinə başlanılacaq: «Bunlar bir daha sübut edir ki, Bosniya və Herseqovina Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir». Militsa Markoviç, həmçinin qeyd edib ki, ölkəsi beynəlxalq arenada da rəsmi Bakı ilə eyni mövqedən çıxış edir: «Bosniya və Herseqovinanı təmsil edən nümayəndə heyətinin AŞPA-nın yanvar sessiyasında məruzəçi Kristofer Ştrasserin Azərbaycana qarşı böhtan xarakterli çıxışına etiraz etməsi bunu bir daha sübut edir».




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info