Gəncədə dünya tarixçilərinin konqresi keçiriləcək
Tarix: 08.09.2015 | Saat: 18:50:00 | E-mail | Çapa göndər


Oktyabrın 13-dən 15-dək Gəncə şəhərində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun təşəbbüsü ilə dünya tarixçilərinin VIII Beynəlxalq Atatürk Konqresi keçiriləcək. Türkiyənin Atatürk Araşdırma Mərkəzi ilə birgə təşkil olunan bu beynəlxalq tədbir Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin ildönümlərinə həsr edilir.
Tarix İnstitutundan bildirilib ki, dörd ildən bir keçirilən, dünyanın müxtəlif ölkələrindən gələn alimlərin iştirak etdiyi bu nüfuzlu konqresin mövzusu Atatürk və türk mədəniyyət coğrafiyasında Qafqaz və onun ətrafına həsr edilir. VIII Beynəlxalq Atatürk Konqresi keçmişdən günümüzə Qafqaz və ətrafında, xüsusilə də Azərbaycanda mədəni, siyasi, iqtisadi inkişafın elmi əsaslarla araşdırılmasını nəzərdə tutur.
Konqresin rəyasət heyəti və təşkilat komitəsində AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, Atatürk Araşdırma Mərkəzinin sədri Mehmet Ali Beyhan, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun sədri Derya Örs və digər nüfuzlu alimlər təmsil olunurlar.
Bu nüfuzlu konqresin keçirilməsinə hazırlıq işləri ilə əlaqədar təşkilatçılar tərəfindən bir sıra görüşlər keçirilir, müzakirələr aparılır.
Nigar Gəncəli




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info