Nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində işlər davam edir
Tarix: 08.09.2015 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən, Nəqliyyat naziri Ziya Məmmədovun nəzarəti altında paytaxt Bakıda nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti ilə Nəqliyyatı İntellektual İdarəetmə mərkəzi birgə işlərini davam etdirir. Bu çərçivədə Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində müəyyən addımlar atılıb.
Babək prospektinin yan yolu ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsinə doğru hərəkətdə olan nəqliyyat vasitələri geri dönmə əməliyyatını yerinə yetirmək üçün yol ötürücüsünün alt hissəsində yerləşən dairədən istifadə etməli olurlar. Nəcəfqulu Rəfiyev küçəsindən və Babək prospektinin digər yan yolu ilə əks istiqamətdən gələn nəqliyyat vasitələrinin də dairədən istifadə etməsini nəzərə alsaq, günün əsasən pik saatlarında dairədə yüklənmə nəticəsində “tıxac” baş verir.
Həmin ərazidə nəqliyyat sıxlığını aradan qaldırmaq və nəqliyyat vasitələrinin rahat, maneəsiz şəkildə geriyə dönmələrini təmin etmək məqsədilə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən yeni yol hissəsi salınır. Yaxın günlərdə nəqliyyat vasitələrinin dairəyə daxil olmadan geri dönmələri üçün salınan yol hissəsi sürücülərin ixtiyarına veriləcək. Yeni yol hissəsinin salınması ilə paralel yol ötürücüsünün alt hissəsində abadlaşdırma işləri həyata keçirilir, səkilər və yolun hərəkət hissəsi yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilir.
Anoloji işlərin Xətai və Heydər Əliyev prospektlərinin kəsişməsində yerləşən yol ötürücüsünün alt hissəsində də görülməsi nəzərdə tutulub. Hazırda Xətai prospektindən Yusif Səfərov küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələri geri dönmə əməliyyatını yerinə yetirmək üçün Yusif Səfərov küçəsi ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində yerləşən yol hissəsindən istifadə etməli olurlar. Bununla həm uzaq məsafə qət edilir, həm də ərazidə sıxlıq yaranır. Məhz bütün bunlar nəzərə alınmaqla Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən geri dönmə üçün qeyd olunan ərazidə yeni yol hissəsinin salınması nəzərdə tutulub.
Bundan əlavə Yusif Səfərov küçəsi ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində yerləşən və nəqliyyat vasitələrinin geri dönməsi üçün nəzərdə tutulan yol hissəsinin genişləndirilməsi nəzərdə tutulur. Genişləndirilmə işi çərçivəsində yol ayrıcının kənarı 1,5 metr enində, 15 metr uzunluğunda söküləcək. Bununla da geri dönmə əməliyyatı yerinə yetirən nəqliyyat vasitələri küçə ilə hərəkətdə olan nəqliyyat vasitələrinə mane olmadan hərəkətlərinə davam edə biləcəklər. Nəticədə bu cür məqsədyönlü addımlar sadalanan ərazilərdə “tıxac”ın azalmasında müsbət təsir etmiş olacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info