XİN-də köklü kadr və struktur islahatları aparılır
Tarix: 08.09.2015 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


Ölkə rəhbərliyinin yürütdüyü siyasətə uyğun olaraq Xarici İşlər Nazirliyi sistemində köklü kadr və struktur islahatları aparılır, diplomatik xidmətə yararlı olmayan və fəaliyyətində ciddi qüsurlara yol verən şəxslər işdən azad edilir və digər intizam tədbirləri görülür. Bu barədə “Trend”ə XİN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, son aylar ərzində bir sıra bu kimi şəxslərin diplomatik xidmətdə fəaliyyətinə xitam verilib: "Azərbaycan Respublikasının Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Anar Həsənov da bu sıradandır. Bu kimi bəzi başqa əməkdaşlar da vardır ki, araşdırmalara əsasən onların da barəsində müvafiq intizam tədbirləri görüləcəkdir. Maliyyə nazirliyi və Hesablama Palatasının xətti ilə xaricdəki diplomatik nümayəndəliklərdə maliyyə təftişi və yoxlaması mütəmadi əsasda növbə ilə aparılır və bundan sonra da aparılacaqdır.
Təəssüflər olsun ki, diplomatik xidmətə yararlı olmadığı təsbit edilən və xidməti qüsurlara yol vermiş şəxslər işdən azad olduqdan sonra müəyyən məqsədlər güdərək yalan və böhtan xarakterli məlumatlar yayırlar".
Məlumatda qeyd olunur ki, Anar Həsənovun Avstraliyada yaşayış məsələsinə gəldikdə isə bu şəxs xidməti qüsurlara görə bu ilin iyul ayında işdən azad edilib: "Azərbaycan demokratik ölkədir və fərdlərin sərbəst hərəkəti üçün bütün şərait mövcuddur. Diplomatik xidmətdə fəaliyyətinə xitam verilmiş şəxs harada yaşaması barəsində qərar qəbul etməkdə azaddır".




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Prezident İlham Əliyev: Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır
20.11.2018
Azərbaycan və Belarus arasında hərbi-texniki əməkdaşlığın kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var
20.11.2018
Belarus və Azərbaycan həmişə etibarlı və strateji tərəfdaş olaraq qalacaqlar
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info