AXCP Abşeron şöbəsi Əli Kərimlidən üz döndərdi
Tarix: 08.09.2015 | Saat: 18:54:00 | E-mail | Çapa göndər


AXCP Abşeron şöbəsinin fəallarının müşavirəsi keçirilib. Müşavirədə AXCP-də yaranmış son durum müzakirə edilib. Müşavirədə iştirak edən AXCP Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin üzvləri Cavid Musazadə və Fəxrim Abduləzimov partiyada və ölkədə baş verən siyasi proseslərdən danışıblar.
Çıxış edənlər Əli Kərimlinin apardığı siyasətin partiyanı uçuruma yuvarladığını, vəziyyətdən çıxmaq üçün onun sədrlikdən istefa verməli olduğunu bildiriblər. Sonra təşkilati məsələyə baxılıb.
Arif Qafarov AXCP Abşeron şöbəsinin sədri seçilib. Zilfəli Qafarov Ali Məclisin üzvü, Fəzail Abbasov, Nizami Babayev AXCP Etimad Qurultayına nümayəndə seçiliblər.
Qeyd edək ki, Ə.Kərimlidən narazı üzvlər AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsini yaradıblar. R.Nurullayev bildirib ki, onlar AXCP adına iddia edirlər.
Narazı üzvlər Ə.Kərimlinin partiya sədrliyindən uzaqlaşmasını və partiyanın möhürünün onlara verilməsini tələb edirlər. Əks təqdirdə, onlar möhürü qanuni yolla Ə.Kərimlidən alacaqlarını bildiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info