Fransanın «Atlantiko» nəşri: «Ağdərili yerli sakinlər Britaniya və Fransanın şəhər mərkəzlərini tərk edir»
Tarix: 05.02.2013 | Saat: 22:56:00 | E-mail | Çapa göndər


Belə getsə, Londonda yaşayan ağdərili sakinlər gözlənilən tarixdən də tez azlıqda qalacaq. Bu haqda Fransanın «Atlantiko» nəşrində dərc edilən məqalədə xəbər verilir. Müəllif Mişel Tribala yazır ki, bunun səbəbi böyük şəhərdə sıx məskunlaşan bu insanların tədricən şəhərətrafına, kənd yaşayış yerlərinə axın etməsi ilə bağlıdır: «Burada söhbət, ilk növbədə, təmin olunmuş ailələrdən gedir. Bu proses, ilk növbədə, təbəqələşməni daha da artırır». Məqalədə vurğulanır ki, 2011-ci ilin siyahıya alınması ortaya belə bir fakt qoyub ki, əhali kütləvi şəkildə Britaniyanın şəhər mərkəzlərini tərk edir. M.Tribala yazır ki, analoji proses Fransada da müşahidə edilir və yerli sakinlər bu prosesdə fəal iştirak edirlər: «Bu proses nəhəng şəhərlərin mərkəzində yaşayan və şəhər elitasını formalaşdıran qruplarda hiss olunmaya bilər. Bu baxımdan Parisin yerli fəhlə sinfi itməkdədir. Fransa paytaxtında son 40 ildə fəhlələr arasında fəal əhalinin sayı 26 faizdən 8 faizə endiyi halda, kadr heyəti arasında artım 14 faizdən 45 faizə qədər artıb. Digər tərəfdən burada işləyənlərin əksəriyyəti xarici köklüdür. Məsələn, 2008-ci ildə Parisin İl-de-Frans şəhərində işləyənlər arasında yaşı 18-50 arası yerli əhali cəmi 6 faiz təşkil edib. Miqrantlar və onların övladlarının sayı isə 37 faiz olub. İndi yerli sakinlərdən ibarət işləyənlər daha çox şəhərkənarında yaşamağa üstünlük verirlər. 2008-ci ildə 10 nəfərdən 6-sı əhalisi 20 min nəfərdən az olan yaşayış məntəqələrində yaşayıblar. Kadr heyəti isə şəhərin mərkəzində yaşamağa üstünlük verir. Müxtəlif peşələrə sahib olan həmin kadr heyətinin əksəriyyəti isə xarici kökə malik insanlardır. Yerli sakinlər cəmiyyət ənənələrinin pozulmadığı kənd yaşayış yerlərində yaşamağa üstünlük verirlər. Yüksək kateqoriyaya mənsub olan insanlar isə sosial vəziyyətlərini daha da yaxşılaşdırmağa çalışaraq şəhər mərkəzində olmağa üstünlük verirlər. Kiçik məntəqələrdə yaşayan yerli sakinlər xarici kökə malik olan qonşuları ilə əlaqəni demək olar ki, minimuma endirmiş olurlar».
ANAR




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info