“Slate.fr”: “Çinlilər Aylan Kürdinin ölümündə ABŞ-ı günahlandırırlar”
Tarix: 08.09.2015 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


“Onların fikrincə, hazırkı miqrasiya böhranı Qərb siyasi sistemlərinin qeyri-Qərb ölkələrinə münasibətdə acizliyini göstərir”

Fransanın “Slate.fr” media qurumu yazır ki, çinlilər Aylan Kürdinin ölümündə ABŞ-ı günahlandırırlar. Belə ki, Türkiyənin Bodrum sahillərində üçyaşlı suriyalı oğlanın meyidinin fotosu bu gün dünyanı ağlatmaqdadır: “Bu foto miqrasiya böhranının həlli ilə bağlı mübahisələri yenidən gündəmə gətirib.
Dəhşətli foto Çin sosial şəbəkə istifadəçilərinin də diqqətinə səbəb olub. Onlardan çoxu Suriyada və Aralıq dənizi sahillərindəki faciəyə görə təəssüf hisslərini ifadə ediblər.
Amma dəhşət və təəssüf hisslərinin ifadəsindən başqa, ABŞ-a qarşı da çoxlu sayda ittihamlar yağdırılıb. Çoxlu sayda çinli ABŞ-ı suriyalı qaçqınlarla bağlı böhran və faciənin səbəbkarı və günahkarı kimi görür.
Bütün baş verən bu faciələr Çin sərhədlərindən çox uzaqda olmasına baxmayaraq, Aylan Kürdinin fotosu çinlilərin bu faciəni yaxından dərk etməsinə və bununla bağlı rəylərin sosial şəbəkələrdə, mediada əksini tapmasına səbəb olub.
Çin dövlət informasiya agentliyi “Sinxya” bu foto ilə bağlı xəbəri on ən vacib dünya xəbəri sırasında qeyd edib.
“NetEase” informasiya portalı isə yazılarından birini ona həsr edib. Çoxlu sayda Çin KİV-i isə foto ilə bağlı xəbəri “Weibo” mikrobloqqinq platformasına qoyub. Burada isə xəbər, on minlərlə dəfə paylaşılıb. İnternet nəhəngi “Sina” fotonu “Weibo”da belə bir qeydlə paylaşıb: “Sizin ürəyinizi parçalayacaq bir formada olan kiçik qurban”. Bundan başqa, fotoya istifadəçilərin dərin təəssüf və mütəəssirlik ifadə edən şərhləri barəsində qeyd edilir.
Ən populyar şərhlər isə birbaşa ABŞ-ı ittiham edənləri olub. Bu şərhlərdə amerikan xarici siyasətinin motivlərinə və nəticələrinə dərin inamsızlıq əksini tapır. Suriyada hazırkı vətəndaş müharibəsi 2011-ci ildə başlamış üsyandan kök alır və çinlilərin bir çoxu hesab edir ki, bu, Vaşinqtonun ölkədə amerikan maraqlarına xidmət edən bir hökumət formalaşdırmaq cəhdlərinin nəticəsidir.
Hər şeydən çox, çinli istifadəçilər “amerikansayağı demokratiyanın” və “imperialist Amerikanın” Suriyada qeyri-stabilliyə və miqrasiya böhranına səbəb olduğunu yazırlar.

“Çinli istifadəçilər “amerikansayağı demokratiyanın” və “imperialist Amerikanın” Suriyada qeyri-stabilliyə və miqrasiya böhranına səbəb olduğunu yazırlar”

Statuslardan birində belə sual qoyulur: “Amerika “azadlıq” və demokratiya” arxasında gizlənərək Suriyada rəngli inqilab başladandan sonra nə qədər gənc insan həyatı puç oldu?”
Başqa bir istifadəçi yazır: “Sem dayıya azadlıq əldə etməklə bağlı müraciət etməkdənsə, qaçıb ondan canınızı qurtarın”.
Rəylərdən birində Çinin stabilliyi Qərb dəyərlərinin səbəb olduğu qeyri-stabilliklərlə müqayisə olunur. “WeChat”da – geniş yayılmış mobil messencerdə populyarlıq qazanan belə bir yazı var: “Buna görə də mən Çin xarici siyasətinə inanıram. Çinin rəsmi xarici siyasət xəttində digər ölkələrin daxili işlərinə qarışmaq yoxdur. Bu zəiflik deyil. Biz sadəcə, insanları dərbədər olmağa düçar etmək istəmirik”.

“Amerika “azadlıq” və demokratiya” arxasında gizlənərək Suriyada rəngli inqilab başladandan sonra nə qədər gənc insan həyatı puç oldu?”

“Sohu” informasiya portalında isə foto ilə bağlı dəhşətli və kədərli mənzərəyə görə minlərlə şərh gəlib. Orada ən populyar şərhlərdən birində Suriyada hakimiyyətin dəyişməsini istəyən xarici qüvvələr günahlandırılır.
Həmçinin burada da bildirilir ki, hazırkı miqrasiya böhranı Qərb siyasi sistemlərinin qeyri-Qərb ölkələrinə münasibətdə acizliyinin sübutuna xidmət edir. Bu siyasi sistemlər qeyri-Qərb ölkələrində yalnız sosial-siyasi təlatümlər yaradır.
Çinin dövlət media qurumları digər ölkələrdə bu cür Qərb “islahatlarının” baş tutmamasını xəbərdarlıq kimi təqdim edir. Bununla bağlı qeyri-stabilliklərə Ukrayna və Tayland misal çəkilir.
“Weibo” istifadəçisi isə yazır ki, indi bütün “Facebook” sözügedən fotoya və faciəyə görə şam yandırır: “Amma elə bu adamlar vaxtilə öz ölkələrində “ərəb baharı”na dəstək ifadə edən nümayişlər keçirirdilər və hakimiyyətin dəyişdirilməsinə çağırırdılar. Həmin nümayişlər və ardınca qarşıdurmalar isə Yaxın Şərq ölkələrindəki faciələrə gətirib çıxarmış oldu”.

İlkin AĞAYEV









 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info