Səfir: “Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində həmişə Azərbaycanın mövqeyini dəstəkləyir”
Tarix: 08.09.2015 | Saat: 20:46:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ( DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Xalid Usman Qayser ilə görüşüb.
Komitədən verilən məlumata görə, S. Salahlı Azərbaycan və Pakistan arasındakı əlaqələrdən söz açaraq ikitərəfli münasibətlərin səviyyəsinin razılıq doğurduğunu və bu əlaqələrin uğurla davam etməsinə qarşılıqlı marağın olduğunu vurğulayıb.
Sədr müavini Azərbaycanda mövcud dini durumdan, müxtəlif dini konfessiyaların nümayəndələrinin əsrlərdir sülh şəraitində yaşadığından danışıb. İki dost ölkə arasında müxtəlif sahələr üzrə münasibətlərin inkişafında maraqlı olduqlarını bildirən Xalid Usman Qayser Azərbaycan və Pakistan arasında möhkəm əlaqələrin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildirib. Diplomat Pakistanın Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəklədiyini bildirib. Dostluq müstəvisində təməli qoyulan münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirən səfir qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən qəbula görə təşəkkürünü bildirib.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Fondun təşkilatçılığı ilə KİV rəhbərləri Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar
21.02.2019
DİN polis orqanlarında 150 vəzifəyə qəbulla əlaqədar müsabiqə elan edib
21.02.2019
Rusiyalı bloqqerlər Azərbaycanda qış mövsümü haqqında film çəkiblər
21.02.2019
Azərbaycanın İstanbuldakı baş konsulu azərbaycanlı tələbələrlə görüşüb
21.02.2019
Dini liderlər Xocalı ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10610

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info