“Könüllülər Yurdu-Azərbaycan”a Bərdə, Ağdam və Yevlaxdan olan 60 gənc cəlb edilib
Tarix: 08.09.2015 | Saat: 20:49:00 | E-mail | Çapa göndər


Sentyabrın 8-də Bərdə şəhərindəki Akademik Zərifə Əliyeva adına məktəb-liseydə “Könüllülər Yurdu-Azərbaycan” layihəsinin açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən Bərdə “ASAN xidmət” mərkəzinin direktor müavini Turqut Mustafazadə, Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya, rayon gənclər və idman idarəsinin rəisi Anar Şahbazov layihənin əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihəyə Bərdə, Ağdam və Yevlaxdan olan 60 gənc cəlb edilib. İştirakçılara “Şəxsi inkişaf”, “Könüllülüyün fəlsəfəsi və tarixi”, “ASAN Könüllüləri” təşkilatı, “ASAN School” könüllülük məktəbi və “ASAN Kadr”, “Dövlət orqanlarının şəxsi inkişaf üçün yaratdığı imkanlar” mövzularında müxtəlif təlimlər keçirilib. Daha sonra layihə iştirakçıları Bərdə “ASAN xidmət” mərkəzi ilə tanış olublar.
Layihə çərçivəsində gənclər könüllük fəaliyyətini praktiki cəhətdən öyrənmək məqsədilə yaşayış binalarının ətrafını tullantılardan təmizləyib, həmçinin 100 ailəyə könüllük fəaliyyəti və “ASAN xidmət”in göstərdiyi xidmətlərlə bağlı maarifləndirici bukletlər (məlumat vərəqləri) paylayıblar.
Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, 6 regionu əhatə edəcək “Könüllülər Yurdu–Azərbaycan” layihəsinin əsas məqsədi gənclər arasında könüllü fəaliyyətini təbliğ etmək və bununla da onların sosial-ictimai sahədə rolunun artırılmasına nail olmaqdan ibarətdir. Layihə ümumilikdə 600 gənci əhatə edəcək və 50 min ailə “ASAN xidmət”in göstərdiyi xidmətlərlə bağlı maarifləndiriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info