Meksikanın Azərbaycandakı səfiri Tərcümə Mərkəzində olub
Tarix: 08.09.2015 | Saat: 20:51:00 | E-mail | Çapa göndər


Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub. Mərkəzdən verilən məlumata görə, qurumun direktoru Afaq dünya ədəbiyyatının Azərbaycan oxucusuna çatdırılması istiqamətində görülən işlərdən danışıb: “Dünyanın az qisim ölkəsi var ki, onların ədəbiyyatı Mərkəz tərəfindən tərcümə edilib Azərbaycan oxucusuna çatdırılmasın. Bu sıradan Latın Amerikası ədəbiyyatı da daim diqqət mərkəzində olub. Qabriel Qarsia Markes, Varqas Lyosa, Xulio Kortasar, Borxes və bu kimi yazıçıların əsərlərinin Azərbaycanda ilkin nəşrini Mərkəz həyata keçirib. Meksika ədəbiyyatına gəlincə, Ottavio Pasın əsərləri Azərbaycan dilində Mərkəzin “Xəzər” dünya ədəbiyyatı jurnalında dərc edilib, Meksika ədəbiyyatının fəxri, dünya ədəbiyyatının korifeylərindən sayılan Xuan Rulfonun “Pedro Paramo” romanı tərcümə olunub və kitab halında nəşr edilib. İspandilli ədəbiyyata gəlincə, hazırda Mərkəzdə Argentina səfirliyinin sifarişi ilə Adolf Bioy Kasaresin “Morelin ixtirası” əsərinin Azərbaycan dilinə tərcüməsi və nəşri üzərində iş gedir, Kolumbiya səfirliyinin təklifi ilə yeddi Kolumbiya və yeddi Azərbaycan şairinin şeirlərinin tərcümələrindən ibarət kitab hazırlanır. Biz milli ədəbiyyatımızın Meksika kimi qədim ölkədə də tanıdılmasında və bu gün yazıb-yaradan müasir Meksika ədiblərinin əsərlərinin Azərbaycan oxucusuna çatdırılmasında birgə əməkdaşlığa hazırıq”.
Səfir Rodriqo Labardini bildirib ki, Meksika səfirliyi Azərbaycanda üç aydır açılıb: “Bu müddət ərzində səfirlik hər iki ölkə arasında mədəni əlaqələrin qurulması istiqamətində bir sıra işlər görməyə nail olub. Azərbaycanda olduğum müddətdə mən Meksika ilə Azərbaycan arasında bir sıra oxşarlıqlar kəşf etdim. Bizim təbiətimizdə də, mədəniyyətimizdə də yaxınlıqlar çoxdur. Mən Azərbaycan dilini çox sevirəm və öyrənirəm. Etimadnaməm cənab Prezident İlham Əliyevə təqdim olunanda ilk çıxışımı Azərbaycan dilində etdim, təkbətək görüşdə də demək istədiklərimi Azərbaycan dilində ifadə etməyə çalışdım. Sizin prezident çox gözəl insandır. Mərkəzin Azərbaycanda fəaliyyət göstərən əcnəbilər üçün açdığı Azərbaycan dili kurslarına mən də yazılmaq istəyirəm. Azərbaycan ədəbiyyatının Meksikada nəşri və təbliği istiqamətində mən artıq bir neçə qurum və təşkilatlarla danışıqlar aparmışam. Düşünürəm, yaxın vaxtlarda bu sahədə səmərəli işlər görə biləcəyik”.
Görüşün sonunda səfirə Mərkəzin nəşrlərindən olan Xuan Rulfonun “Pedro Paramo” kitabı hədiyyə edilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info