Ağdamda yeni məktəblər tikilib
Tarix: 08.09.2015 | Saat: 22:18:00 | E-mail | Çapa göndər


Ağdam rayonunun Quzanlı qəsəbəsində təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda ötən dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrlə bağlı məruzə dinlənilib, təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışılıb. Bildirilib ki, ötən dərs ilində rayonda 135 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar, 33 məktəbəqədər tərbiyə müəssisəsi fəaliyyət göstərib, 19 mindən çox şagirdin təlim-tərbiyəsi ilə 3793 müəllim məşğul olub.
Cəbhə bölgəsində yerləşən rayonda məktəb tikintisinin geniş vüsət alması konfransda razılıq hissi ilə vurğulanıb. Qeyd olunub ki, ötən tədris ili ərzində 160 yerlik Birinci Baharlı, 120 yerlik Həsənxanlı, 120 yerlik Hacıməmmədli, 360 yerlik Əfətli kənd tam orta məktəbləri üçün yeni binalar tikilərək istifadəyə verilib. Əhmədağalı və Xındırıstan kənd tam orta məktəbləri əsaslı təmir edilib. Bundan başqa, İmamqulubəyli qəsəbəsində inşa edilən 440 yerlik məktəb binası 135 saylı köçkün tam orta məktəbin, Yevlax Bərdə avtomobil yolunun kənarında yeni salınmış yaşayış massivlərində tikilən 480 yerlik məktəb binası 1 saylı köçkün tam orta məktəbin, 640 yerlik məktəb binası isə 12 saylı köçkün tam orta məktəbin istifadəsinə verilib. Quzanlı qəsəbəsində məktəb liseyin binasının tikintisinə başlanılıb.
2015-ci ildə ümumtəhsil məktəblərini bitirən məzunlardan 372-si tələbə adını qazanıb. Onların 51 nəfəri 500-600 arası, 23 nəfəri isə 600-dən çox bal toplayıb.
Konfransda çıxış edən Təhsil Nazirliyinin əməkdaşı İlham Nağıyev və rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov təhsilə göstərilən dövlət qayğısından, təhsil işçilərinin qarşısında duran vəzifələrdən danışıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Salyanda Nəsiminin 650 illik yubileyi qeyd edilib
20.04.2019
Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb
20.04.2019
Bu günün havası - Yağış hələ yağacaq...
20.04.2019
Lerik və Yardımlı rayonlarına qar yağıb
19.04.2019
Aprelin 22-dən problemli krediti olan şəxslərə kompensasiya ödənişlərinin verilməsinə başlanacaq

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info