Fransanın Elzas regionu Şurasında Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib
Tarix: 08.09.2015 | Saat: 22:23:00 | E-mail | Çapa göndər


Azərbaycanda və Fransanın Reyn bölgəsində fəaliyyət göstərən dini icmaların rəhbər vəzifəli şəxslərinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mubariz Qurbanlının, həmçinin, Elzas regionu Şurasının rəhbərliyində təmsil olunan şəxslərin iştirakı ilə keçirilən görüşdə məhsuldar müzakirələr aparılıb.
Regional Şuranın məsləhətçisi Katrin Zuberin moderatorluğu ilə keçirilən görüşdə hər iki ölkədəki dini, milli tolerantlıq məsələləri haqqında məlumat verilib.
Fransanı təmsil edən icma rəhbərləri çıxışlarında Azərbaycandakı tolerant mühitə, multikulturalizm dəyərlərinə dövlətin göstərdiyi həssas münasibət, həmçinin, Azərbaycanın bu sahədə yaratdığı model barədə məlumatlı olduqlarını vurğulayıblar. Onlardan bəziləri ölkəmizdə olduqlarını, müxtəlif tədbirlərdə iştirak etdiklərini, bilavasitə konfessiyaların nümayəndələri ilə təmasda olduqlarını qeyd ediblər. Bildiriblər ki, Azərbaycan dövlətinin, xalqının bu sahədəki nailiyyətləri və təcrübəsi nümunəvidir, digər dövlətlər də bu təcrübədən faydalanmalıdırlar.
Görüşdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı başqa millətlərə və dinlərə belə münasibətin Azərbaycanda əsrlərlə yaşadılan bir dəyər olduğunu deyib. O, Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin həmişə bu tarixi ənənəyə sadiq qaldığını, əcdadlarımızın mirası olan bu xüsusiyyətin qorunub saxlanılmasına hər zaman dəstək göstərdiyini bildirib. Komitə sədri bu dəyərlərin dünyada təbliğində Heydər Əliyev Fondunun mühüm xidmətlər göstərdiyini də vurğulayıb.
Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri çıxışlarında əsl sülh, dostluq və qardaşlıq məkanı olan Azərbaycanda özlərini tam rahat hiss etdiklərini, dövlətin onlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdiklərini diqqətə çatdırıblar. Onlar ölkəmizdə heç vaxt antisemitizm elementlərinin mövcud olmadığını xüsusilə vurğulayıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib
20.11.2018
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info