“The Washington Post“: “Putin Ukraynadakı müharibəni qazandı”
Tarix: 08.09.2015 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


Son zamanlar Qərb mətbuatı əvvəlki illərdən fərqli olaraq Ukrayna ilə bağlı yazılara daha az yer ayırmaqdadır. Verilən məlumatlar da çox səthi xarakter daşıyır. ABŞ-ın "The Washington Post" nəşrində bu mövzu ilə əlaqədar Brukinq İnstitutunun əməkdaşı Marvin Kalbın məqaləsi dərc edilib. Məqalədə deyilir ki, Ukrayna müharibəsi ilə bağlı yazılar 18 ay əvvəl, Rusiya perezidenti Vladimir Putin Krımı ələ keçirəndən sonra qəzetlərin birinci səhifələrindən götürüldü:”Bundan sonra həmin qəzetlərdə aparıcı mövzu kimi Donbasda Rusiyameyilli üsyana təhrik barədə isti xəbərlər yer almağa başladı.
Bu ərəfədə bütün baş verənlərin səbəbkarı kimi Putin pisləndi və Rusiyaya qarşı sarsıdıcı iqtisadi sanksiyalar tətbiq olunmağa başladı. Bununla yanaşı, Şərq və Qərb arasında münasibətlər kəskin şəkildə pisləşdi və diplomatlar yeni soyuq müharibə əlamətləri haqqında danışmağa başladılar. Hazırda Avropada yaşanan böhranın fövqündə artıq Ukraynda baş verənlər öz aktuallığını itrib. Bundan əlavə, indi Qərb mətbuatında daha çox başqa mövzular yer almaqdadır. Burada öncə, qlobal iqtisadi qarışıqlıq, Avropanı çıxılmaz vəziyyətə salan Ərəb- Afrika miqrantlarının axınından tutmuş, ABŞ prezidentinin təlaşına qədər bütün mövzular yer almaqdadır. Görünür, Putin Ukraynada apardığı kiçik müharibəni qazanıb. Bunu Qərb də aciz qəzəb hissi ilə seyr etməkdədir.
Qeyd edilməlidir ki, təxminən bir il əvvəl, Putin bütün prezidentliyi dövründə ən mühüm qərarlarlardan birinə imza atmış oldu. Seçim qarşısında qalan Putin iki yoldan birini seçməli idi: ya Ukrayna prezidenti Pyotr Poroşenko ilə kompromisə gedib müqavilə bağlamalı, ya da bu ölkə ilə açıq müharibəyə getməli idi. Bir çox müşahidəçilər Ukrayna ordusu və könüllü birləşmələrinin tezliklə Rusiyameyilli üsyançıları məğlub edəcəyini düşünürdülər. Üsyançıların məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı bir məqamda Putin rus ordusuna sərhədi keçmək əmri verdi. Bununla Putin həm Ukrayna prezidenti Poroşenkoya, həm də onun Qərb himayədarlarına aydın şəkildə sübut etmək istəyirdi ki, Rusiya və Ukrayna arasındakı müharibədə yalnız Rusiya qazanacaq.
Doğrudur, bu ərəfələrdə Putinlə Poroşenko arasında kövrək atəşkəs haqqında saziş imzalansa da, bunların heç birinə bu günə qədər də riayət edilməyib. Bu ilin əvvəlində Almaniya kansleri Angela Merkel tələsik yeni atəşkəslə bağlı danışıqlar aparmağa cəhd etdi . Lakin o da ABŞ prezidenti Obama kimi başa düşürdü ki, atəşkəs Poroşenko və onun ətrafı üçün əsasən Donetsk və Luqanskın Ukrayna çərçivəsində bu bölgələrdə muxtariyyətinin təmin edilməsindən keçir. Bu acı həqiqəti udmaq Poroşenko üçün çox çətin idi. Bununla yanaşı, Poroşenko böyük iqtisadi və siyasi problemli kövrək bir ölkənin sağçıların timsalında güclü müxalifətlə qarşı-qarşıya qaldığını da başa düşürdü. Bütün bunlardan əlavə o başa düşür ki, nə Almaniya, nə də ABŞ Ukrayna üçün mübarizə aparmayacaq. Bəli, onlar yalnız dəstək vermək xatirinə alovlu sözlər deyəcəklər. Təvazökar maliyyə və hərbi yardım göstərəcəklər. Belə görünür ki, artıq bunlar da tükənmək üzrədir.
Belə bir vəziyyətdə, Qərbin ehtiyatlı davranışı Kiyevi geri çəkilməyə təhrik edir. Məhz elə bundan ustalıqla yararlanan Putin 2008-ci ildə keçmiş sovet respublikası olan Gürcüstanda olduğu kimi, Ukraynanın bu ərazisindəki münaqişəni də "dondurmağa» nail ola bildi. Artıq bu gün Putin Qərb rəhbərlərindən artıq bu münaqişəyə təsir etmək iqtidarındadır. Lakin unutmaq lazım deyil ki, Putin bu «qələbə»si üçün yüksək qiymət ödəmək məcburiyyətində qaldı. Bu yolda onun ölkəsinin iqtisadiyyatı xeyli zəiflədi. Rusiyada daxili qarışıqlıqların və narazılıqların baş qaldıracağını ehtimal edənlər də yox deyil, lakin bütün gözləntilər hələ də hiss edilməməkdədir.
Qeyd edilməlidir ki, Ukraynaya qarşı Putinin münasibəti digər Rusiya liderlərinin münasibəti ilə oxşarlıq təşkil edir. Putin burada yeni bir şey icad etməyib. Onun təbirincə, Rusiya, Belarus və Ukrayna Slavyan Konfederasiyasına daxil olan «tarixi rus toraqları»dır. Kiyev isə «rus şəhərlərinin anası»dır”.
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir
16.11.2018
Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16.11.2018
Türkiyədə daha bir Xocalı abidəsinin açılışı olub
16.11.2018
Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info