“Qəbələ”nin etdiyi kiçik möcüzədir”
Tarix: 08.09.2015 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


“Qəbələ”nin Avropa Liqasının qrupuna düşməsi ilk növbədə düzgün işin nəticəsində mümkün olub. Qrupa vəsiqə qazanmaq üçün çətin yol keçdik. Özü də bu, tamamilə yeni bir komandadır”.
Bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk komandasının Avropa Liqasındakı uğurlu çıxışını Ukraynanın Odessa şəhərinin “Reportyor” kanalına şərh edərkən bildirib. “Dörd mərhələ keçmək olar. Sadəcə, biz çox yaxşı və doğru işlədik. Komanda iyunun 21-də toplandı. O vaxt futbolçularımız məxtəlif durumda idilər. Elələri vardı ki, yarım ildi futbol oynamırdılar. Bəziləri isə iyunun 21-dən sonra komandaya qoşuldular. Sonra isə komanda yavas-yavaş forma yığmağa başladı. Tanrıya şükür ki, bizdə hər şey alındı, getdikcə gücləndik. Məntiqlə bundan sonra “Qəbələ” üçün daha rahat olmalıdır. Çünki indi komanda həm funksional, həm də oyun baxımından əla vəziyyətdədir” - deyə R.Qriqorçuk bildirib. Ukraynalı mütəxəssis qrupa vəsiqə qazandıqdan sonra “Qəbələ”nin transfer etdiyi üç futbolçunun durumundan da danışıb. “Biz onlara ümid bəsləyirik. İndi ən vacibi bu futbolçuların lazımi formaya düşməsidir. Hələ çox yaxşı vəziyyətdə deyillər. Bizə lazımdı ki, onlar tezliklə heyətə düşə bilsinlər”. R.Qriqorçuk “Qəbələ”nin uğurlarına görə futbolçularına və klubun rəhbərliyinə təşəkkür edib. “Klubun rəhbərliyi lazimi futbolçuların alınması üçün hər şeyi etdi, komandaya yüksək şərait yaratdı”. Ukraynalı mütəxəssis qeyd edib ki, “Qəbələ” qrupa düşsə də, klub rəhbərliyi bundan sonra da uğur qazanılmasını istəyir: “Dəqiq bilirəm ki, mənim rəhbərliyim bu uğurlarla qane olmaq istəmir. Onlar daha da irəli getməyi hədəf qoyublar. Amma biz eyforiyaya qapılmamalıyıq. “Qəbələ”nin etdiyini kiçik möcüzə də adlandırmaq olar. Futbolda belə hallara az halda rast gəlinir. Hərçənd biz artıq sakitləşməliyik. Əsas odur ki, bundan sonra formaşlaşdırdığımız oyunu qoruya bilək”.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Bu gün cüdo üzrə dünya çempionatında 81 və 63 kiloqram çəki dərəcələrində yarışlar keçiriləcək
23.09.2018
İspaniya La Liqası: “Real Madrid“ dördüncü qələbəsini qazanıb
22.09.2018
Topaz Premyer Liqası: “Neftçi“ növbəti qələbəsini qazanaraq liderliyini qoruyub
22.09.2018
İngiltərə Premyer Liqası: “Mançester Yunayted“ doğma meydanda xal itirdi
22.09.2018
Hidayət Heydərov yarımfinala yüksəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info