Valeriya Korotenko “Azərreyl”də oynayacaq
Tarix: 08.09.2015 | Saat: 23:40:00 | E-mail | Çapa göndər


Azərbaycan millisinin voleybolçusu Valeriya Korotenko yeni mövsümlə bağlı qərarını verib. 31 yaşlı libero yenidən ölkənin ən köklü klubu olan “Azərreyl”də oynayacaq. Əsas uğurlarını məhz “dəmiryolçular”la qazanan Korotenko Avropa Çempionatı öncəsi yeni müqaviləyə imza atıb. “Azərreyl”ə sadiq olan Valeriya ən azı 2015/2016 mövsümünü Bakı klubunda keçirəcək.
Baş məşqçi postuna Bülənt Karslıoğlunu gətirən “dəmiryolçular” bunadək Stefanye Enray, Natalia Valentin (hər ikisi Pierto-Riko), Nutsara Tomkom, Vanna Buakeva (Tailand), Cessika Cons, Madison Kinqdon, Hali Ekerman (ABŞ) və Fatu Diukla (Seneqal) müqavilə bağlayıb. Həmçinin ötən il 2 illik müqavilə bağlanılan bolqarıstanlı Straşmira Filipova da komandada qalacaq. Qeyd edək ki, Korotenko ötən mövsümü ana olduğu üçün boşa verib. Maydan məşqlərini bərpa edən libero artıq yığmanın heyətində Avropa Oyunlarına da qatılıb və Avropa Çempionatında da iştirak edəcək.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycanın qadın güləşçisi dünya çempionatında gümüş medal qazanıb
17.11.2018
Azərbaycanın paracüdoçusu dünya çempionu olub
16.11.2018
UEFA-nın maliyyə vəsaiti Azərbaycan klublarının hesabına köçürülüb
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info