AVCİYA seçkilərlə bağlı aralıq hesabat təqdim edib
Tarix: 08.09.2015 | Saat: 23:50:00 | E-mail | Çapa göndər


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Milli Məclisə seçkilərin uzunmüddətli müşahidəsinə dair aralıq hesabatını təqdim edib.
Təqdimat zamanı AVCİYA-nın seçki qərargahının sədri Məhərrəm Zülfüqarlı hesabatın bu ilin mayın 1-dən sentyabrın 1-nə qədər olan dövrü əhatə etdiyini deyib. Bildirib ki, hesabat seçkiqabağı siyasi mühit, Milli Məclisə seçkilərlə bağlı AVCİYA tərəfindən aparılan sosioloji sorğuların və KİV-in monitorinqinin nəticələri, seçici siyahıları, seçki administrasiyasının fəaliyyəti və digər bölmələri əhatə edir. Assosiasiyanın apardığı monitorinq onu deməyə əsas verir ki, parlament seçkiləri ərəfəsində ölkədəki əlverişli ictimai-siyasi mühit, siyasi təşkilatlar arasında keçirilən dialoq, vətəndaş cəmiyyəti institutlarının əvvəlki illərdən fərqli olaraq daha da inkişaf etməsi, söz və mətbuat azadlığı sahəsində vəziyyətin beynəlxalq standartlara uyğun olması şəffaf, demokratik seçkilərin keçirilməsi üçün əlverişli zəmin yaradır. AVCİYA-nın seçki qərargahının sədri təşkilatın seçkilərlə bağlı görəcəyi işlərdən də söz açıb. Qeyd edib ki, müşahidəçilər üçün kitabçalar çap olunacaq, regionlarda seçki fəallığının artırılmasına dair seminarlar keçiriləcək və digər işlər görüləcək.
Nigar




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Türkiyənin səfiri: Heydər Əliyev kimi tarixi şəxsiyyətlər nadir hallarda dünyaya gəlirlər
13.12.2018
Zurab Quberidze: “Gənc diplomatlar Heydər Əliyevdən çox şey öyrənirdilər”
12.12.2018
Yuli Qusman: Azərbaycan – çiçəkləri Heydər Əliyev tərəfindən əkilən gülüstana çevrilib
11.12.2018
Politoloq: Ermənistanda növbəti marionet hakimiyyət formalaşdı
08.12.2018
AZƏRTAC mötəbər informasiya mənbəyidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info