Şahin Mustafayev San-Marinonun xarici işlər naziri ilə görüşüb
Tarix: 09.09.2015 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan San-Marino Respublikasının xarici işlər naziri Paskal Valentini ilə görüşüb.
Görüşdə nazir Şahin Mustafayev Azərbaycan və San-Marino arasında siyasi əlaqələrin inkişaf etdiyini, iqtisadi əlaqələrin genişləndiyini vurğulamış, səfər çərçivəsində iki ölkə arasında imzalanmış ikiqat vergitutmanın aradan qaldırılması və diplomatik və xidməti pasportlara malik şəxslərin vizadan azad edilməsinə dair sənədlərin ölkələrimiz arasında əlaqələrin inkişafına müsbət təsir göstərəcəyini bildirilib. Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş layihəsi isə razılaşdırma mərhələsindədir. İş adamları arasında əlaqələrin qurulmasının vacibliyini qeyd edən Şahin Mustafayev imzalanmış sənədlərin və qarşılıqlı səfərlərin bu baxımdan əhəmiyyətini qeyd etmiş, kənd təsərrüfatı, sənaye, neft-kimya, turizm, İKT və alternativ enerji sahələrində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb. İqtisadiyyat və Sənaye naziri Azərbaycan iqtisadiyyatı barədə məlumat vermiş, ölkəmizin siyasi və makroiqtisadi baxımdan sabit ölkə, dünyada etibarlı tərəfdaş, regionun iqtisadi və mədəni mərkəzi, böyük transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçılarından olduğunu qeyd edib.
Şahin Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini, Ermənistanın işğalçılıq siyasətinin regional inkişafa əsas maneə olduğunu bir daha diqqətə çatdırıb. San-Marino Respublikasının xarici işlər naziri Paskal Valentini qonaqpərvərliyə görə təşəkkür etmiş, ölkəsinin inkişaf edən Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. P.Valentini iqtisadi sahədə ölkələrimiz arasında əlaqələrin inkişafına dair fikirlərini bölüşüb, San-Marinonun turizm, İKT və infrastruktur sahələrinə investisiya qoyuluşu imkanlarını qeyd edib, ölkəsinin iqtisadiyyatına dair məlumat verib.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Bakı şəhərinin Baş planının hazırlanması üçün texniki işlərə başlanılacaq
21.02.2019
“Azərişıq” Xəzər rayonuna 10 komplekt transformator məntəqəsi göndərib
21.02.2019
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu regionlarda təlimlərə başlayıb
21.02.2019
Gömrükdən kişmiş adıyla narkotik vasitə keçirmək istədi
21.02.2019
Yaponiya səfiri “Khazar“ Avtomobil Zavodunda olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info