Tacikistanda hərbi qiyam yatırılıb
Tarix: 09.09.2015 | Saat: 01:17:00 | E-mail | Çapa göndər


Tacikistan hökuməti müdafiə nazirinin keçmiş müavini general-mayor Abdulhalim Nazarzod tərəfindən hazırlanan hərbi qiyamın yatırılması barədə məlumat yayıb.
“Euronews” telekanalı xəbər verir ki, xüsusi xidmət orqanlarının əməkdaşları ilə qiyamçı generalın tərəfdarları arasında baş verən atışma nəticəsində hər iki tərəfdən 20-dən çox insan həlak olub, 40 nəfərə qədər yaraqlı isə həbs edilib. “İnterfaxs” agentliyinin yaydığı məlumata görə, Tacikistanın Baş prokurorluğunda A.Nazarzoda qarşı cinayət işi açılıb. Ona qarşı ittihamlar qiyabi olaraq irəli sürülüb. Ramit dərəsində gizlənən sabiq nazir müavini sağ olaraq ələ keçirildiyi təqdirdə həbs olunaraq məhkəməyə qədər Düşənbə təcridxanasında saxlanacaq. Əlli bir yaşlı Abdulhalim Nazarzod Rusiya Ümumqoşun Akademiyasının məzunudur. Tacikistan müdafiə nazirinin müavini vəzifəsinə 2014-cü ilin yanvarında təyin olunmuşdu.




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
“İran Avrasiya İttifaqına qoşulacaq”
19.02.2019
“Suriya və İraqdan qaçan terrorçular Əfqanıstanda terror xabı yaradır”
18.02.2019
Köçəryanın oğluna qarşı cinayət işi qaldırılıb
18.02.2019
Mer seçkisində Paşinyanın namizədi məğlub oldu
18.02.2019
Peskov: “Putin Ərdoğana çox etibar edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info