“Star” neft emalı zavodunun laboratoriya binasının təməli qoyulub
Tarix: 09.09.2015 | Saat: 01:18:00 | E-mail | Çapa göndər


Türkiyədə səfərdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, şirkətin vitse-prezidentləri və nümayəndələri İzmirin Əliağa bölgəsində Petkim yarımadasında həyata keçirilən investisiya layihələrinin gedişi ilə maraqlanıblar.
Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, SOCAR-ın rəhbərliyinə 30 faiz tikinti işləri yekunlaşan “Star” neft emalı zavodu, oktyabrında birinci fazası yekunlaşacaq “Petlim” konteyner limanı və bu ilin ilk 6 ayında xalis gəliri 232 milyon Türk lirəsi həcmində olan “Petkim”lə əlaqədar təqdimatlar nümayiş etdirilib. R.Abdullayev qeyd edib ki, “Petkim” neft-kimya kompleksində ilin birinci yarısı olduqca müsbət göstəricilərlə yekunlaşıb və məhsuldarlıq yüksək səviyyəyə çatıb. “Star” neft emalı zavodunda işlər qrafikə uyğun davam etdirilir ki, bu da təqdirəlayiq haldır. SOCAR-ın prezidenti “Petlim” limanının yaxın vaxtlarda istismara başlayacağına əminliyini bildirib və deyib ki, bu layihədə zaman faktorundan səmərəli yararlanmaq bizim üçün mühüm nailiyyətdir. Təqdimatlardan sonra R.Abdullayev və onu müşayiət edənlər “Star” neft emalı zavodunun laboratoriya binasının təməlqoyma mərasimində iştirak ediblər. SOCAR-ın rəhbərliyi liman sahəsində tikilən 300 metr uzunluğundakı dalğaqırana və 700 metr uzunluğundakı bərəyə də baxış keçiriblər.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info