Prokurorluq “Azadlıq” qəzetinin dezinformasiya yaydığını aşkarladı
Tarix: 05.02.2013 | Saat: 23:17:00 | E-mail | Çapa göndər


Ölkə daxilində iğtişaşlar yaratmaqda maraqlı olan və belə vəziyyətlərin olması haqqında ictimaiyyətə dezinformasiyalar yayan radikal müxalifətin təxribatların törədilməsinə hesablanan addımları açığa çıxır.
Qeyd edək ki, bugünə qədər radikal düşərgəyə yaxın olan mətbuat orqanlarında dəfələrlə həqiqətə uyğun olmayan “sensasion” məlumatların yayılması halları müşahidə olunub. Növbəti dəfə radikal müxalifət mətbuatının səhifələrində bu səpkili “informasiyalar” məişət zəminində baş verən bir hadisənin şişirdilərək siyasiləşdirilməsi məqsədilə peyda oldu. Həmçinin, bunun ardınca ölkənin bölgələrində guya mitinqlərin keçirilməsi haqqında dərc olunan yazılar yayılmağa başladı. AXCP-nin təsir dairəsində olan “Azadlıq” qəzetinin 5 fevral 2013-cü il tarixli sayında “Şamaxı da etiraz mitinqinə hazırlaşır” başlıqlı məqalə də diqqəti cəlb edən bu səpkili “informasiyalardan” idi. Məqalədə cari il fevralın 20-də Şamaxı Rayon İcra Hakimiyyətinin binasının qarşısında sosial problemlərin həll edilməməsi ilə bağlı mitinq keçiriləcəyi və bu barədə rəsmi müraciətin İcra Hakimiyyətinə təqdim olunduğu barədə məlumat verilib. Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə isə, Baş Prokurorluqda aparılmış araşdırma ilə müəyyən edilib ki, qəzetin redaksiyası tərəfindən obyektiv reallığa əsaslanmayan və “Natiq” adlı müəllifin qərəzli mövqeyini əks etdirən bu yazı ictimai rəyi çaşdırmağa, yalan məlumatları yaymaq yolu ilə bölgələrdə gərginlik şəraitini yaratmağa, son nəticədə isə ölkədə ictimai-siyasi sabitliyin pozulmasına yönəldilmiş qanunsuz hərəkətlərdir. Araşdırmalarla müəyyən edilib ki, qeyd edilən tarixdə Şamaxı şəhərində mitinq keçiriləcəyi barədə Rayon İcra Hakimiyyətinə heç bir müraciət daxil olmayıb, etiraz mitinqinin keçirilməsinə hazırlıq getməsi barədə məlumat öz təsdiqini tapmayıb. Qeyd edilənlərlə əlaqədar “Azadlıq” qəzetinin baş redaktorunun vəzifəsini icra edən, baş redaktorun birinci müavini Rahim Hacıyev Baş Prokurorluğa dəvət edilərək, “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq rəhbəri olduğu qəzetdə Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyin pozulması, ictimai rəyi çaşdırmaq məqsədilə heç bir əsası olmayan yalan məlumatların gələcəkdə dərc olunacağı təqdirdə, barəsində inzibati və cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi məsuliyyət tədbirləri görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib. Habelə, “Kütləvi informasiya vasitələri haqqında” qanunun tələblərinə görə, yalan və qərəzli yazıları yaymaq, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasının yolverilməzliyi diqqətə çatdırılmaqla, qanuna müvafiq olaraq həqiqətəuyğun olmayan informasiya barədə qəzetin növbəti sayında təkzib verilməsi tələb olunub.
Bu faktın özü radikal müxalifət mətbuatının dezinformasiyalar yaydığını, Azərbaycan cəmiyyətini aldatmaqla yanaşı, beynəlxalq ictimaiyyəti də yanlış istiqamətə yönəltməyə çalışdığını bir daha təsdiq edir.

NƏRIMAN




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info