Cəfər Cəfərov: “Rayon Mədəniyyət və Turizm şöbələrinin əməkdaşları sovetdən qalma təcrübə ilə işləyir”
Tarix: 05.02.2013 | Saat: 23:22:00 | E-mail | Çapa göndər


Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Turizm İnstitutu (ATİ) və «Turizmin İnkişafına Dəstək» İctimai Birliyi ilə birgə ATİ-də rayon, şəhər mədəniyyət və turizm şöbələrinin və turizm informasiya mərkəzlərinin rəhbərlərindən ibarət heyətə seminar-treninqlər başlayıb.

«Regionlarda turizmin inkişafı» mövzusunda keçirilən treninqlərin ilk günü ATİ-də mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, nazirliyin turizm şöbəsinin müdiri Aydın İsmiyev, ATİ-nin rektoru Cəfər Cəfərovun iştirakı ilə tədbir keçirilib. Tədbirdə çıxış edən Nazim Səmədov bildirib ki, ölkəmizdə yeni infrastruktur layihələri həyata keçirilir, beynəlxalq şəbəkəyə daxil olan hotellər və turizm obyektləri açılır. Bu turizm obyektlərində çalışmaq üçün işçi qüvvəsinin peşəkarlıq səviyyəsi qaldırılmalıdır. Regionlarda turizmin inkişafına nail olmaq üçün rayon mədəniyyət və turizm şöbələrinin üzərinə böyük iş düşür. Onlar hər bir bölgəyə xas olan müxtəlif festivallar təşkil etməli və regionlardaki mədəniyyət müəssisələrinin turizm firmaları ilə yaxından əməkdaşlıq etməsinə nail olmalıdır.
ATİ-nin rektoru Cəfər Cəfərov qeyd edib ki, rayonlarda mədəniyyət və turizm şöbələrində işləyən əməkdaşların mədəniyyət və mədəni abidələrin qorunması sahəsi üzrə sovet dövründən qalan bir təcrübəsi var. Bu istiqamətdə müəyyən işlər aparılır, nə qədər mədəni abidələr bərpa olunur, reyestrə salınır və s. Amma digər tərəfdən, turizm sahəsi də sürətlə inkişaf edir: «Regionların turizm potensialını ortaya qoymaq, əsaslandırıb dövlət proqramlarına salmaq, rayona gələn investorları maraqlı ideyalarla turizm potensiallı ərazilərə yönləndirmək və burada yaxşı bir turizm məhsulunun ortaya çıxarılmasına vəsilə olmaq baxımından bu biliklər yetərli deyil. Bu baxımdan ATİ Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsi ilə birlikdə rayonların mədəniyyət və turizm idarələrinin əməkdaşları üçün silsilə seminar-treninqlər təşkil edib. Bu həm Bakıda, həm də regional müşavirələr formasında davam edəcək. Bu seminar-treninqlərdə ölkənin bu sahədə ümumi siyasi kursunu müəyyənləşdirən mövzularla yanaşı, daha konkret məsələləri əhatə edən təlimlər keçiriləcək». Fevralın 8-dək davam edəcək seminar-treninqin sonunda iştirakçılara Mədəniyyət və Turizm Nazirliyinin və ATİ-nin birgə sertifikatı təqdim olunacaq.
NIGAR




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Azərbaycanlı mütəxəssis beynəlxalq müsabiqənin münsiflər heyətində yer alıb
13.12.2018
“DaimOnline” kampaniyası daha iki universitetdə
13.12.2018
Azərbaycanın 6 ölkədə xarici turizm nümayəndəlikləri fəaliyyətə başlayacaq
13.12.2018
Beynəlxalq Əmək Təşkilatı əmək müfəttişliyi sisteminin gücləndirilməsi məqsədilə təlim kursu keçirib
13.12.2018
“Azərsun Holdinq” ümummilli liderin xatirəsini yad edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info