Bilik Fondu “Bilik evi“ndə yeni layihəyə başladı
Tarix: 09.09.2015 | Saat: 18:43:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu daha bir regional layihənin icrasına başlayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektorundan verilən məlumata görə, yerlərdən gələn təkliflər nəzərə alınmaqla Qaxda yeni fəaliyyətə başlayan “Bilik evi”ndə ölkəmizin şimal-qərb bölgəsində xarici avtomobillərə texniki xidmət ustaları hazırlayan kurs açılıb.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı rayonlarından olan hərbi xidmət keçmiş, avtomobil ustalığına marağı, müəyyən bilik və praktiki bacarığı olan işsiz gənclər bu kursa cəlb edilib. "Auto Azerbaijan" şirkətinin Bakıdakı təlim mərkəzində keçirilən sınaq imtahanından keçən 15 gənc ilk mərhələdə şirkətin tədris mərkəzində, sonra isə Şəki və Qaxda təcrübəli ustalardan təlim alacaqlar.
Kursun fəaliyyətə başlaması münasibəti ilə şirkətdə keçirilən mərasimdə Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla, "Auto Azerbaijan" Dilerlərin İnkişafı Departamentinin müdiri İhsan Korkmazer, Dilerlərin inkişafı üzrə baş mütəxəssis Tural İsmayılov, texniki menecer Sənan Məmmədov, təlimçi Qurban Məmmədov çıxış edərək layihənin əhəmiyyətindən, perspektivlərindən danışıb, kursa qatılanlara uğurlar arzulayıblar.
Gənclər 13 xarici şirkətin ölkəmizdəki distributoru olan şirkətin fəaliyyəti haqqında filmə baxıblar, texniki xidmət bazaları ilə tanış olublar.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info