“İranla “S-300” raketlərinə dair müqavilə yaxın vaxtlarda imzalanacaq”
Tarix: 09.09.2015 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


“İrana “S-300” zenit-raket komplekslərinin göndərilməsi ilə bağlı müqavilə yaxın zamanlarda imzalanacaq”.
TASS agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Serqey Ryabkov “Russia Arms Expo-2015” sərgisinin açılış mərasimi zamanı bildirib. “İranla bu sahədə heç bir problem yoxdur. Müqavilə imzalanacaq. Bütün siyasi qərarlar artıq qəbul edilib”, - deyə S. Ryabkov söyləyib. O qeyd edib ki, Rusiya tərəfi rəsmi Tehran tərəfindən qaldırılan məhkəmə iddiasının geri çəkilməsini istəyir.
Qeyd edək ki, Rusiya və İran 2007-ci ildə “S 300” zenit raketlərinin 5 diviziyasının alqı-satqısı ilə bağlı müqavilə imzalayıblar. Lakin 2010-cu ildə Rusiyanın sabiq prezidenti, hazırkı baş nazir Dmitri Medvedev raket sistemlərinin Tehrana göndərilməsi ilə bağlı qərarı ləğv edib. İran isə müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirmədiyi üçün Rusiyadan Cenevrə Arbitraj Məhkəməsinə şikayət edib.
Xatırladaq ki, bu ilin əvvəlində Rusiya prezidenti Vladimir Putin Tehrana “S 300” raketlərinin göndərilməsi ilə bağlı qadağanı aradan qaldırıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info