İlan, əqrəb, qurbağa, arı zəhərinin alınması üçün işlərə başlanılır
Tarix: 09.09.2015 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


Azərbaycanda ilan, əqrəb, qurbağa, arı zəhərinin alınması və bu sahədən gəlirin əldə edilməsi üçün işlərə başlanılır.
Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutundan verilən məlumata görə, artıq institutda bununla bağlı yeni konsepsiya üzərində işlənilməyə başlanılıb.
İnstitutdan əlavə edilib ki, dünyada bu təsərrüfat çox inkişaf edib. Səhra və yarımsəhra ərazilərdə bu təsərrüfatın yaradılması üçün geniş imkanlar olur. Ötən əsrin 70-80-ci illərində Azərbaycanın Ağsu rayonunda da gürzə zəhəri təsərrüfatı olub. Lakin SSRİ süqut etdikdən sonra Azərbaycandakı bu təsərrüfat dağılıb. Yeni konsepsiya Azərbaycanda bu təsərrüfatın bərpasını və daha da genişləndiriLməsini nəzərdə tutacaq.
Təsərrüfatın yaradılması üçün Azərbaycanın imkanlarını da yaxşı dəyərləndirən institutdan qeyd edilib ki, hazırda Azərbaycanın Kür-Araz və Qobustan ərazilərində çox zəngin gürzə var: "Eyni zamanda, Azərbaycanda quru qurbağaların iki, əqrəblərin də iki növü var ki, onlardan da çox qiymətli hesab edilən zəhər almaq olar. Bu zəhərlər çox qiymətli məhsul sayılır və onlar tibbi məqsəd üçün istifadə edilə bilər. Azərbaycanda gürzə zəhəri üçün çox qiymətli xammal var. Düşünürük ki, hazırki imkanlarla il ərzində 2 kq-a qədər gürzə zəhəri alıb onun xaricə satışını təşkil edə bilərik. Amma bu layihə çox maliyyə vəsaiti tələb edir. Bunun üçün çox qiymətli avadanlıqlar tələb olunur”.
İnstututdan əlavə edilib ki, hazırda dünyada inkişaf etmiş bu təsərrüfatı Azərbaycanda da dircəltməklə yanaşı, məhsulların alınması üçün alıcılar axtarmaq istəyirlər. Alıcı tapıldıqdan sonra layihənin iqtisadi-texniki əsaslandırılmasını hazırlayıb bu işə başlamaq nəzərdə tutulur.
Bununla yanaşı, institutda zəhərin əldə edilməsi üçün xüsusi laboratoriyanın da yaradılması planlaşdırılır. Hazırda ilan zəhərinin Rusiyada analiz edilməsi üçün həmin ölkənin müvafiq qurumları ilə də əlaqələr yaradılır.
Bu zəhərlərin yığılması üçün adı sadalanan heyvanların necə toplanılmasına gəldikdə isə institutdan bildirilib ki, bunun üçün ilk növbədə ərazidə olan heyvanların sayı qiymətləndirilməli, müvafiq dövlət qurumlarından icazələr alınmalıdır. Həmin heyvanlar zəhərin toplanılması üçün qapalı şəraitdə saxlanılaraq yemlənilir: “Amma hazırda bu işin reallaşması üçün ən ciddi maneə ilan zəhərinin ən strateji mallar siyahısına daxil edilməsidir.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info