Naxçıvanda muzey bələdçiləri üçün təcrübə məşğələsi keçirilib
Tarix: 09.09.2015 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


Muzeylər xalqımızın tarixinin, milli mənəvi dəyərlərinin qorunması və təbliği baxımından çox əhəmiyyətli məkanlardan biridir. Buna görə də muzey bələdçisi öz üzərində daim çalışmalı, ona verilən sualları dolğun cavablandırmağı bacarmalıdır.
Bu fikirlər Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Tarix Muzeyində keçirilən muzey bələdçiləri üçün təcrübə məşğələsində səsləndirilib.
Tədbirin məqsəd və əhəmiyyətindən danışan nazirliyin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Məmiyeva qeyd edib ki, hazırda muxtar respublikada 28 müxtəlif profilli muzey fəaliyyət göstərir. Muzeylərə bu gün xüsusi diqqət göstərilir, onların maddi-texniki bazası gücləndirilir, əməkdaşların peşəkarlıq səviyyəsi yüksəldilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il dekabrın 19-da imzaladığı Sərəncamından sonra muzeylərin ziyarətçilərinin sayında əhəmiyyətli dərəcədə artım müşahidə edilir. Bu gün keçirilən seminarda əsas məqsəd muzey bələdçilərinin peşəkarlığının artırılmasına metodik kömək göstərməkdən ibarətdir.
Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov “Ekskursiya işinin ümumi əsasları”, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova “Bələdçinin davranış qaydaları” mövzularında çıxış edərək bildiriblər ki, ekskursiya mətnləri hazırlanarkən elmi faktlara əsaslanmaq vacib məsələdir. Bələdçi ekskursiya apararkən etik qaydalara riayət etməli, maarifçilik işi gördüyünü unutmamalıdır.
Məşğələnin sonunda Naxçıvan Dövlət Tarix Muzeyinin ekspozisiyasına baxış olub, ekskursiya keçirilib. İngilis dilində aparılan ekskursiyada iştirakçıları maraqlandıran suallara cavab verilib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info