XİN: “Azərbaycan Əfqanıstanın inkişafına dəstək göstərməyə hazırdır”
Tarix: 09.09.2015 | Saat: 19:08:00 | E-mail | Çapa göndər


Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev cari ilin 3-4 sentyabr tarixlərində Kabulda 6-cı Regional İqtisadi Əməkdaşlıq Konfransında, 5 sentyabr tarixində isə Əfqanıstan üzrə Tokio Qarşılıqlı Etimad Prosesi çərçivəsində Yüksək Vəzifəli Şəxslərin ikinci iclasında iştirak edib. Bu barədə XİN-in mətbuat xidmətindən məlumat verilib.
Hər iki tədbirdə çıxış edən Ə.Şıxəliyev bu ölkənin inkişafında nəqliyyat, enerji, informasiya və kommunikasiya texnologiyalarının əhəmiyyətinə toxunaraq, Azərbaycanın qardaş ölkə olan Əfqanıstana bu sahələrin inkişafında dəstəyin göstərilməsinə hazır olduğunu bildirib. O, Bakı-Tbilisi-Qars dəmiryolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Əfqanıstan üçün əlverişli yollarla dünya bazarına çıxış imkanları yaradacağını, bunun isə öz növbəsində Əfqanıstan iqtisadiyyatının canlanmasına və davamlı inkişafına mühüm töhfə verə biləcəyini qeyd edib. AİDA Agentliyinin rəhbəri ölkənin inkişafı üçün informasiya və kommunikasiya texnologiyaları sahəsinin inkişafının, o cümlədən elektron hökumət sisteminin qurulmasının yüksək əhəmiyyətini vurğulayaraq, bu sahədə ölkəmizin əldə etdiyi uğurlardan biri olan və BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görülmüş “ASAN xidmət”in təcrübəsini bu dövlətlə paylaşmağa Azərbaycanın hazır olduğunu diqqətə çatdırıb.
Ə.Şıxəliyev ölkəmizin Əfqanıstan Milli Ordusunun Etimad Fonduna maliyyə yardımı göstərdiyini, eyni zamanda, Əfqanıstanda insan kapitalının inkişafı məqsədilə ölkəmiz tərəfindən əfqan mütəxəssislər və tələbələr üçün təqaüdlərin ayrılmasının nəzərdə tutulduğu barəsində də məlumat verib.
Qeyd olunmalıdır ki, tədbirlərin keçirilməsi Əfqanıstanla qonşu ölkələr və beynəlxalq maliyyə təsisatları ilə iqtisadi əməkdaşlığın təşviq edilməsi məqsədi daşıyır.
Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani, eləcə də, Əfqanıstan hökumətinin yüksək səviyyəli rəsmiləri və BMT Baş Katibinin Əfqanıstan üzrə Xüsusi Nümayəndəsinin iştirak etdiyi tədbirlərdə 70-dən yuxarı ölkə və nüfuzlu beynəlxalq təşkilatlar yüksək səviyyəli nümayəndələri, həmçinin, biznes qurumlarının rəhbərləri təmsil olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Parisdə AŞPA-nın Mədəniyyət komitəsinin iclası keçiriləcək
25.05.2019
Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov: “Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir”
25.05.2019
ABŞ Konqresində Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi münasibətilə növbəti bəyanat verilib
24.05.2019
“Anatolian Phoenix-2019” təlimləri başa çatıb
24.05.2019
MN: Ermənilər məruz qaldıqları uğursuzluğu absurd bəyanatlarla ört-basdır etməyə çalışırlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info