“Spiegel-online”: “Mühacirlər sığınacaq almaq ümidi ilə xristian dinini qəbul edirlər”
Tarix: 09.09.2015 | Saat: 20:13:00 | E-mail | Çapa göndər


Müharibə və vətəndaş qarşıdurması ucbatından ölkələrini məcburi tərk etmiş bəzi qaçqınlar Avropada mühacir statusu almaq naminə hətta dinlərini belə dəyişdirmək məcburiyyətində qalır. “Spiegel-online” saytı xəbər verir ki, xristian dininə mənsub missionerlər Almaniyaya köç etmiş minlərlə köçkünün geri qaytarılmaq qorxusundan istifadə etməyə başlayıb. Miqrantlar arasında belə bir təbliğat aparılır ki, xristianlığı qəbul etməklə sığınacaq almaq şansı arta bilər. Saytın məlumatına görə, müsəlman ölkələrindən köç etmiş insanlara üç aylıq dini kurslar keçilir və sonradan bu şəxslər paytaxt Berlinın yevangelik kilsəsində xristianlığa qəbul edilirlər. Məlum olub ki, əsasən İran və Əfqanıstandan olan miqrantlar arasında dinindən dönmək halları çoxluq təşkil edir. Bir qisim mühacir etiqadından döndükdə vətənlərində qohumlarının təzyiqlə qarşılaşmaması üçün adlarını belə gizlətməli olur. Belə addım atmış mühacirlər ümid edirlər ki, bu, onların qaçqın statusu almasını asanlaşdıra bilər.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info