Vergilər Nazirliyində beynəlxalq standartın tətbiqinə başlanılıb
Tarix: 09.09.2015 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


Vergilər Nazirliyi tərəfindən elektron inzibatçılığın tətbiqi, vergi xidmətlərinin tam elektronlaşdırılması, digər qurumlar tərəfindən vergi informasiya sisteminə inteqrasiya və müəyyən məlumatların əldə edilməsi imkanının yaradılması vergi ödəyicilərinə aid fərdi məlumatların qorunmasını aktuallaşdırır.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bazar iqtisadiyyatında fərdi məlumatların bəzi şəxslər tərəfindən şəxsi məqsədlər üçün istifadə edilməsi ciddi maddi itkilərə səbəb olmaqla yanaşı, sahibkarlıq subyektinin işgüzar nüfuzuna xələl gətirir. Bu səbəbdən də vergi ödəyicilərinə aid məlumatların mühafizəsi, vergi ilə əlaqədar məxfi informasiyanın elektron və digər daşıyıcılarda saxlanılması, həmçinin vergi sisteminin kiberhücumlardan qorunması məqsədilə Vergilər Nazirliyinin rəhbərliyi tərəfindən informasiya təhlükəsizliyinin idarə edilməsi sisteminin yaradılması, tətbiqi, istismarı, daim nəzarətdə saxlanılması və təkmilləşdirilməsi üçün ən yüksək - İSO/İEC 27001:2013 “İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri” beynəlxalq standartının tətbiqinə başlanılıb.
Vergilər Nazirliyi bu standarta uyğun fəaliyyət göstərməsinin təsdiqi kimi informasiya sisteminin İSO/İEC 27001:2013 standartına uyğun sertifikatlaşdırılmasına nail olub.
Britaniya Standartları İnstitutu (BSİ) tərəfindən İSO/İEC 27001:2013 standartına uyğun sertifikatlaşması aparılan təşkilatların sırasında Apple, Microsoft, BMW və digər tanınmış brendlər var. Yeni standartın tətbiqi ilə informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində risklərin və ya çatışmazlıqların vaxtında aşkar edilməsi və aradan qaldırılması, təhlükəsizlik üçün informasiyaların təsnifatlaşdırılması qaydasının və onların əhatə dairəsinin, eləcə də server otaqlarına dair tələblərin müəyyən edilməsi və digər məsələlər də öz həllini tapacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info