Sercio Divina: “İtaliya-Azərbaycan münasibətləri yüksək səviyyədədir”
Tarix: 09.09.2015 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


İtaliya parlamentinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti sentyabrın 9-da Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşüb. Komitənin sədri Səməd Seyidov görüşdə Azərbaycan-İtaliya əlaqələrinin inkişafından danışıb. O, beynəlxalq təşkilatlarda əməkdaşlığa toxunaraq Azərbaycana dəstək verdiyinə, xüsusilə də ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyinə görə İtaliyaya təşəkkürünü bildirib. Komitə sədri parlamentlərarası əlaqələrin də yüksək səviyyədə olduğunu söyləyib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan S.Seyidov BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi dörd qətnamənin işğalçı Ermənistan tərəfindən yerinə yetirilmədiyini təəssüflə vurğulayıb. Diqqətə çatdırılıb ki, bu münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır, bir milyondan artıq azərbaycanlı öz ölkəsində qaçqın və məcburi köçkün vəziyyətində yaşayır.
Komitənin sədr müavini Sevinc Fətəliyeva, üzvü Asim Mollazadə görüşdə çıxış edərək son vaxtlar Azərbaycan-İtaliya münasibətlərinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs ediblər.
İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, senator Sercio Divina ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Azərbaycan ilə İtaliya arasındakı münasibətləri dostluq və tərəfdaşlıq əlaqələri kimi dəyərləndirən senator ölkəsinin ikitərəfli əməkdaşlığın bundan sonra da dərinləşdirilməsi əzmində olduğunu vurğulayıb. Senator TAP layihəsinin həyata keçirilməsi istiqamətində əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Dostluq qrupunun sədri Dağlıq Qarabağ münaqişəsinə həssaslıqla yanaşdıqlarını söyləyib. O, birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə Azərbaycanı təbrik edib.
Senator bildirib ki, Azərbaycanın İtaliyada tanıdılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük rolu var. O, incəsənət nümunələrinin bərpa edilməsində İtaliyaya xeyli yardım edildiyini deyib, Mehriban Əliyevaya təşəkkürünü bildirib.
Sercio Divina, həmçinin Azərbaycandakı mövcud tolerantlığın, multikultural mühitin dünya ölkələri üçün nümunə olduğunu vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info