AİB-lə birgə həyata keçirilən layihələr gələcəkdə də uğurla davam etdiriləcək
Tarix: 09.09.2015 | Saat: 20:35:00 | E-mail | Çapa göndər


Sentyabrın 9-da Azərbaycan Respublikasının maliyyə naziri, Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə rəhbəri Samir Şərifov AİB-nın Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Norojono ilə fəaliyyət müddətinin başa çatması ilə əlaqədar görüşüb.
Bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.
Son illərdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayan S.Şərifov bunun bariz nümunəsi kimi AİB Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının bu ilin may ayında Bakı şəhərində keçirildiyini xatırladıb. Nazir O.Norojononun Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirərək, ölkəmizlə AİB arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı xidmətlərini qeyd edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Ölkəmizin davamlı iqtisadi inkişafından danışan O.Norojono etibarlı tərəfdaşlar kimi AİB ilə Azərbaycan arasında birgə həyata keçirilən layihələrin bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib. O, bu il Azərbaycanın AİB Rəhbərlər Şurasının 48-ci İllik Toplantısına yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayaraq bu toplantının hələ uzun illər xatırlanacağını söyləyib.
O.Norojono fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkür edib




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info