“Türk mədəniyyətində dinin rolu“ adlı beynəlxalq elmi konfrans
Tarix: 09.09.2015 | Saat: 20:44:00 | E-mail | Çapa göndər


Bu gün Budapeştdəki Peter Pazmani Katolik Universitetində "Türk mədəniyyətində dinin rolu" adlı üç günlük beynəlxalq elmi konfrans öz işinə başlayıb. Azərbaycanın Macarıstandakı səfirliyindən verilən məlumata görə, konfrans Macarıstan Elmlər Akademiyasının Türkoloji Araşdırmalar Qrupu və Seged Universiteti ilə birgə təşkilatçılığı ilə təşkil olunub. Konfransın işində Macarıstan, Türkiyə, Rumıniya, Rusiya Federasiyası, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Polşa və digər ölkələrdən gəlmiş türkoloq-alimlər və elm tarixçiləri iştirak edirlər.
Beynəlxalq konfransı giriş sözü ilə Macarıstan EA-nın həqiqi üzvü, professor Andraş Ronataş açıb. Peter Pazmani Katolik Universitetinin rektoru, professor Sabolç Suromi, Macarıstan Elmlər Akademiyası və Seged Universitetinin birgə Türkoloji araşdırmalar qrupunun rəhbəri, professor Mariya İvaniç öz giriş sözlərində qədim türk abidələrinin dini baxımdan öyrənilməsinin türk mədəniyyətinin humanist mahiyyətinin üzə çıxarılmasında, müasir mərhələdə dini dözümlülük və tolerantlıq mühitinin formalaşdırılmasında mühüm rolu olduğunu qeyd ediblər.
Konfransda türkoloq-alimlərin 40-a yaxın məruzəsi dinləniləcək və müzakirə ediləcək.
Azərbaycanın və Türkiyə Cümhuriyyətinin Macarıstandakı səfirləri Vilayət Quliyev və Şakir Fakılı beynəlxalq türkoloji konfransın açılış mərasimində iştirak və çıxış ediblər.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”
10.11.2018
Angela Merkel antisemitizmin artmasına görə narahatdır

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info